AZSIĞORTA əməkdaşına psixi işgəncə verilib?

AZSIĞORTA əməkdaşına psixi işgəncə verilib?

AZSIĞORTA ASC-nin Təhlükəsizlik Xidmətinin direktoru cinayətdə ittiham olunur. Bu barədə AZSIĞORTA ASC-nin nümayəndəsi Seymur Babayev məlumat verib.

O bildirib ki, AZSIĞORTA ASC-nin Təhlükəsizlik Xidmətinin direktoru Çingiz Məhərrəmov ona işgəncə verərək, qanunsuz yolla etiraflar almağa cəhd edib:

"AZSIĞORTA ASC-də satış nümayəndəsi vəzifəsində işləmişəm. İşlədiyim dövrdə, əsasən 2019-cu ilin son aylarında AZSIĞORTA-nın Təhlükəsizlik Xidmətinin direktoru Çingiz Məhərrəmov tərəfindən barəmdə qeyri-qanuni yoxlamalar aparılıb. Yoxlama dövründə, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 8 ünvanında yerləşən AZSIĞORTA ASC-nin inzibati binasında Təhlükəsizlik Xidmətinin direktoru Çingiz Məhərrəmov qorxutmaq, qanunsuz etiraf almaq, törətmədiyim əmələ görə cəzalandırmaq məqsədilə mənə güclü psixi iztirablar verib”.

Məsələ ilə əlaqədar AZSIĞORTA ASC ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı bildirdi ki, Seymur Babayevin şikayətindən məlumatsızdırlar:
"Şikayətlə bağlı məlumat rəhbərliyə məruzə edilib. Bizim şikayət haqqında məlumatımız yoxdur”. //kommersant.az//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...