Bu gün yolu təmir edənlərlə bağlı - Rəsmi açıqlama

Bu gün yolu təmir edənlərlə bağlı -

Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) xüsusi karantin müddətində yollarda gedən təmir işlərinin dayandırılmaması səbəbindən işçilərin həyatı təhlükəsinin olması ilə bağlı narazılıqlara aydınlıq gətirib.

Qurumun sözcüsü Anar Nəcəfli “Qafqazinfo”ya bildirib ki, işlər görülən zaman bütün profilaktik qaydalara əməl olunur:

“Hazırda yol təmiri işləri dayandırılmayıb. Bununla bağlı hər hansı göstəriş, qərar olmayıb. Hər bir fəhlə işə çıxmazdan öncə yoxlanılır, temperaturu ölçülür. İş zamanı da ən azı metr yarım, 2 metrlik məsafə gözlənilir. Bizdə işlər əsas texnikalarla həyata keçirildiyindən məsafənin gözlənilməsində problem yoxdur. Əl işləri zamanı da bütün qaydalara tam riayət olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...