Azərbaycanda ilk - dəniz suyu Kürə qarışdı - kəndlər susuz qaldı

Azərbaycanda ilk -
Neftçala rayonu ərazisində dərhal mövcud problem araşdırılıb və su çatışmazılığı olan bütün ərazilər müəyyən olunub.

Neftçala Rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, "Azərsu" ASC tərəfindən Neftçala rayonu və kəndlərdə yaranan içməli su qıtlığı ilə bağlı əlavə tədbirlər həyata keçirilib:

"Yenikənd, Qırmızı Şəfəq, Kürkənd, 1№-li Mayak, 2№-li Mayak və Şirvanlı kəndlərinin modul tipli sutəmizləyici qurğularına boşaldılıb. Eyni zamanda xüsusi ayrılmış iritutumlu su maşınları vasitəsilə mütəmadi olaraq Neftçala şəhərində Heydər Əliyev prospekti, M.Əsədov, A.Cəfərov, 20 yanvar, M. Qorki, Üzeyir Hacıbəyov küçələrində ümumilikdə 30-dan çox binaya və məhəllələrə su təminatı həyata keçirilib. Bundan başqa 1№-li Mayak, Qırmızı Şəfəq, Mikayıllı, Uzunbabalı və digər kəndlərə, həmçinin Bankə qəsəbəsinə maşınlar vasitəsilə su çatdırılıb.

Mövcud problemin həlli istiqamətində aparılan tədbirlər nəticəsində içməli su ilə təminat məsələsi həllini tapıb".

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, vəziyyət nəzarətindədir növbəlilik prinsipinə uyğun olaraq su ilə təmin olunmayan ərazilərin ardınca təkrar olaraq digər ünvanlara da su çatdırılacaq.

Əlavə olaraq hər hansı problem yarandıqda sakinlər Rayon İcra Hakimiyyətinin yerlərdə olan icra nümayəndəliklərinə və ya "Azərsu" ASC-nin "qaynar xətti"nə (+99455 457 92 27) müraciət edə bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...