Müğənni Nəfəs karantini pozdu - VİDEO

Müğənni Nəfəs karantini pozdu -
Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, "Bolluq" bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Əlahiddə Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılıblar.

Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri də Nəfəs adlı müğənnidir.


Müğənni Nəfəs karantini pozdu -





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...