Sosial media nəzarəti necə olmalıdır? (ŞƏRH)

Sosial media nəzarəti necə olmalıdır?


"Mübarizənin yolu nəyisə nəzarətə götürmək yox, konkret olaraq, informasiyanı ilkin mənbədən sürətli, operativ verməkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında media eksperti Ələsgər Məmmədli sosial mediaya nəzarət və onun tənzimləyici vasitələrindən danışarkən deyib. Onun fikrincə, dezinformasiyalar sadəcə sosial mediada yayılmır:

"Sosial media olmayanda da dezinformasiyalar vardı. Özü də çox ciddi şəkildə idi. Eyni zamanda sosial mediaya paralel olaraq ənənəvi mediada da dezinformasiyalar yayılır. Hətta televiziylarda da yayılır və bunu sistemli şəkildə hər kəs görür. Bununla mübarizənin yolu nəyisə nəzarətə götürmək yox, konkret olaraq, informasiyanı ilkin mənbədən sürətli, operativ verməkdir. Əgər ilkin mənbə operativ, sürətli informasiya verirsə, dezinformasiya yerdə alır. Məsələn, Tovuz döyüşləri zamanı bizim böyük rütbəli generala kimi hərbiçilərimiz öldürülüdü. Müdafiə Nazirliyi onların ölüm şəraitini dəqiq, anında təqdim etsədydi, heç kim sonradan deməzdi ki, Azərbaycanın 31 km. dərinliyindəmi vurulub, yoxsa döyüşlər zamanı vurulub və s. Şayiənin yaranma səbəbi nə oldu? Yaranma səbəbi o oldu ki, birinci məncə doğru informasiyanı vaxtında, dərhal, detallı vermədi. Qarşı tərəf isə başladı başqa şeylər verməyə".

Sosial medianın tənzimlənmə məsələsinə gəlincə isə Ələsgər Məmmədli bildirdi ki, sosial media ənənəvi medai deyil:

"Əsasən günümüzün insanları necə ki, küçədə və ya bir yerə toplaşır, müxtəlif söhbətlər edir, sosial media da belədir. Sadəcə bu, virtual mühitdir. Yəni, onun etibarlılıq məsələsini hər kəs bilir, bu, mötəbər deyil və ona istinad olunaraq nəsə eləmək olmaz. Bu baxımdan sosial medianın Türkiyə tənzimlənməsi fərqli məsələdir. Türkiyə böyük dövlətdir və bu tip şəbəkələr, hansı ki, onlar dövlətlərarası yox, dövlətlərüstü şəbəkələrdir. Bu şəbəkələr necə ki, Amerikada qazanır, vergi verir, Türkiyədə də böyük pullar qazanılır, vergi vermir. Ona görə onlara məcburiyyət gətirir ki, gətirib Türkiyədə ofislər açsın. Həmin ofislər nəticəsində onlar vergiyə cəlb olunacaq. Bu zaman Türkiyəyə yüz milyonlarla pul qalacaq. Həm də məsuliyyət məsələsi, yeri gələndə o şəbəkə üzərindən hansısa Türkiyə əleyhinə məsələlər baş verirsə və bu yalandırsa, o zaman onların dayandırılması ilə bağlı müraciət olunanda onlar adekvat reaksiya versin".

Ekspert qeyd edib ki, əslində Azərbaycanın gücü sosial şəbəkələrə çatsa, Azərbaycan üçün də ofis açmağı tələb etsə, bu, bəlkə də məntiqli düşünülə bilər:

"Amma bunun daha dərin tərəfi məhdudlaşdırmaq və yaxud vətəndaşları hansısa formada, məsələn, şəxsiyyət vəsiqəsi ilə sistemə girmək, bu, artıq effektiv ola bilməz. Bu cür tənzimləmə daha çox insanları "Vepem”, ROCKS proqramlardan istifadə edərək sosial şəbəkə istifadəçisinə yönəldəcək və bu zaman hökümət daha böyük problemlə üzləşəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...