Bərdədə ölü sayı 19-ə, yaralı sayı 60-a çatdı

Bərdədə ölü sayı 19-ə, yaralı sayı 60-a çatdı
2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, erməni təxribatı nəticəsində
60-a yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...