“2 milyonluq yeyinti məsələsi absurddur“ - RƏSMİ AÇIQLAMA

“2 milyonluq yeyinti məsələsi absurddur“ -

"Son günlər bir sıra Kütləvi İnformasiya Vasitələrində uşaq bağçalarinda 2 milyonluq yeyinti haqqında qərəzli məqalələr yer almaqdadır. Bununla əlaqədar bildiririk ki, söhbət 8 ay bundan əvvəl Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrindən gedir".

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Hesablama Palatasının audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir:

"Hesablama Palatasının hesabatında da qeyd edildiyi kimi söhbət qeyd edilən ərzaq və geyimlərin alınmaması faktından deyil, menyuda nəzərdə tutulandan fərqli ərzaq növlərinin (sümüksüz mal əti və s.), həmçinin müəssisə daxili uniformaların alışından gedir. Bu məsələləri 2 milyonluq yeyinti kimi təqdim etmək görünür kiməsə lazımdır. Aktda qeyd olunan digər məsələlərlə bağlı təsdiqini tapmış bəzi məbləğlərin icraçı şirkətlər tərəfindən dövlət büdcəsinə bərpası tam təmin edilimişdir. Bəzi mətbuat orqanlarında məlumatların yoxlanılmadan tirajlanması əvəzinə dəqiqləşdirilərək verilməsi fikrimizcə peşəkarlıq baxımından daha məqsədəuyğun olardı".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...