Gəlinliklərin qiyməti qalxdı? – Bəylər təşvişdə

Gəlinliklərin qiyməti qalxdı? –

Toylarla bağlı yeni qərara sevinənlər mağazalarda gəlinliklərin kirayə və satış qiymətlərinin qalxmasından narahatdırlar.

Axar.az mövzu ilə bağlı gəlinlik mağazaları arasında keçirdiyi sorğunu təqdim edir: “Bəyaz gəlinlik” mağazasında bəzi modellərin qiymətində artım müşahidə olunur. Gəlinliklər 400-4.000 manat arasındadır. Bəzi modellər köhnə qiymətində qalsa da, digər gəlinlik modellərinin qiyməti qalxıb.

“Orxideya” gəlinlik mağazasında qiymətlər əvvəlki kimidir. “Aidem” mağası da qiymətlərdə bir dəyişiklik olmadığını bildirdi. Mağazada gəlinlik qiymətləri 500 manatla 3 min manat arasında dəyişir.

“Röya” gəlinlik mağazasında qiymətlər 300 manatdan başlayır və endirimli qiymətlərlə gəlinliklik paltarı tapmaq mümkündür. “Nuray” mağazasında gəlinliklərin kirayəsi 150-2000 manat dəyərindədir. Burada da bahalaşma olmadığını dedilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
642 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...