23 yaşlı Bahadura dəstək olaq - FOTO

23 yaşlı Bahadura dəstək olaq -

2 il əvvəl kəskin “leykoz” (qan xərçəngi) diaqnozu qoyulan 1998-ci il təvəllüdlü Yusifov Bahadur Nizami oğlunun xalqın dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası məlumat verib.

B.Yusifov iki ildir B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır:

“Oğluma kəskin “leykoz” (qan xərçəngi) diaqnozu qoyulub. İki ildir müalicə edirik. Lakin, vəziyyətini stabil saxlamaq artıq çətinləşib. Həkimlər qısa zamanda ilik nəqlini tövsiyə edirlər. Bahadura qardaşı və anasından ilik köçürülə bilər. Qardaşı qazı olduğu üçün donor kimi anasından nümunə götürüləcək. Əməliyyatın qısa zamanda Türkiyədə gerçəkləşməsi üçün 180 min manat vəsait lazımdır. Təəssüf ki, əməliyyat xərclərini qarşılamağa maddi durumumuz yol vermir. Xahiş edirəm oğlumun sağlamlığına qovuşması üçün bizə köməklik edəsiniz. 1 manat belə olsa yardım etməniz Bahadur üçün ikinci şans ola bilər”.
23 yaşlı Bahadura dəstək olaq -

B.Yusifova kömək etmək istəyən şəxslər aşağıdakı nömrələr vasitəsilə onun ailəsi ilə əlaqə saxlaya bilər:

Atası - 050 331 65 81, anası - 050 392 77 55.

B.Yusifova yardım məqsədilə açılan bank hesabına “MilliÖn” və “E-manat” terminalları vasitəsilə də vəsait köçürə bilərsiniz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...