Azərbaycanlı milyarder Afrikadan ton yarım saxta qızıl alıb İrana necə sırıdı...

Azərbaycanlı milyarder Afrikadan ton yarım saxta qızıl alıb İrana necə sırıdı...


İranda dövlətə məxsus 2,8 milyard dolları dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilən iş adamı Babək Zəncani məhkəmədə sensasion ifadə verib.

Virtualaz.org saytı xəbər verir ki, edam cəzası nəzərdə tutan maddələrlə mühakimə olunan Zəncani İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın vasitəçiliyi ilə Afrika respublikası Qanadan aldıqları və təyyarə ilə Türkiyəyə, daha sonra Dubaya daşıdıqları ton yarım qızılın saxta çıxdığını deyib.

Rza Zərrabın adı Türkiyədə 2013-cü ilin dekabrında həyata keçirilmiş rüşvət və korrupsiya həbslərində gündəmə gəlib. Onun bir neçə naziri rüşvətlə ələ aldığı, İrana aid pulların beynəlxalq sanksiyalardan yayındırılması üçün qeyri-leqal pul trafiki həyata keçirdiyi, bu məqsədlə saxta şirkətlərdən, o cümlədən Azərbaycanda qeydiyyatdan keçmiş şirkətdən istifadə etdiyi haqda faktlar üzə çıxıb.

Bu qalmaqaldan sonra İranda Rza Zərrabın ortağı olan Babək Zəncani həbs edilib.

Həmin ton yarım qızıl isə 2013-cü ilin yanvarında İstanbul aerportunda saxlanılıb. Daha sonra qızılların Rza Zərraba aid olduğu, sənədlərinin qaydasında olduğu açıqlanıb və qızılı daşıyan təyyarənin Dubaya uçmasına icazə verilib.

Məhkəmə prosesində hakim Zəncanidən soruşub: “Afrikadan gətirdiyin 1500 kiloqram qızıl haradadır?”

Babək Zəncani isə qızılı Rza Zərrabın əli ilə Afrikada A. adlı şəxsdən aldıqlarını deyib. Məqsəd İranın xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün külçə qızıl ehtiyatı görmək idi. O, ifadəsində deyib ki, həmin şəxs qızıla görə onlardan əvvəlcədən 5 milyon dollar avans alıb.
Azərbaycanlı milyarder Afrikadan ton yarım saxta qızıl alıb İrana necə sırıdı...

Babək Zəncani

“Mənim təmsilçim iki nəzarət məmuru ilə Türkiyədən icarəyə götürülmüş sərnişin təyyarəsində 1,5 ton qızılı almaq üçün Afrikaya getdilər. Afrikaya getdikdən sonra bizimlə əlaqə saxladılar və qızılı gördüklərini, ancaq Qana gömrüyündən qızılı çıxarmaq üçün 1 milyon dollar rüşvət tələb olunduğunu dedilər.

Azərbaycanlı milyarder Afrikadan ton yarım saxta qızıl alıb İrana necə sırıdı...


Mən qızılın təyyarəyə yüklənməsinə icazə verdim. 1 milyon dolları heç bir sənəd olmadan ödədik. Təyyarə İstanbula gəldi. Ancaq A. adlı şəxs həmin təyyarədə qaçaq yük olduğu haqda İstanbul polisinə məlumat veribmiş. İstanbul polisi qızılı saxladı və bizdən sənədləri istədi. Əlimizdə olan sənədləri gömrüyə təqdim etdik. Ancaq gömrük xidməti sənədlərin əslini tələb etdi. A.-ya zəng edib sənədlərin əslini istədim. Bu dəfə dedi ki, sənədlərin əslini almaq üçün daha 5 milyon dollar vermək lazımdır. Məcbur olub bu pulu da verdik. Cəmi 11-12 milyon dollar xərcimiz çıxdı.

Azərbaycanlı milyarder Afrikadan ton yarım saxta qızıl alıb İrana necə sırıdı...

Rza Zərrab

Gömrükdə artıq rüsum ödəməmək üçün yükün əsl qızıl yox, süni olduğu sənədlərdə yazıldı. Nəhayət, yük İstanbuldan Dubaya getdi. Dubayda yükün sahibi kimi göstərilən M. adlı şəxs bizim adamlarımızla birlikdə qızılı gömrükdən keçirmək üçün gəldilər. Bu zaman gömrükdə yoxlama zamanı qızılların doğrudan da saxta olduğu aşkarlandı. Daha sonra bu işi görənlər Afrikada yaxalandı, bizə saxta qızıl satanlardan ikisini yaxalayıb həbs etdilər” - deyə B.Zəncani bildirib.

Babək Zəncani məhkəmədə ifadəsində İrana aid pulların transferi üçün Türkiyənin “Halk bank”ına on milyonlarla dollar komission haqqı ödənildiyini də bildirib. Ancaq bu pullardan Rza Zərraba nə qədər çatdığını bilmədiyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...