YAP-dan “MTN işi”ndə adı hallanan partiya üzvləri ilə bağlı rəsmi açıqlama...

YAP-dan “MTN işi”ndə adı hallanan partiya üzvləri ilə bağlı rəsmi açıqlama...
[center]

“MTN işi” ilə bağlı aparılan əməliyyatlar zamanı “Yeni Azərbaycan” Partiyasının (YAP) da üzvləri olan bəzi şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Lakin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifədən qanunsuz əməllərinə görə azad edilən məmurlar, o cümlədən, YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsindən qovulan Məhəmməd Məmmədov hələ də YAP-ın üzvlüyündə saxlanılırlar.

Məsələ ilə bağlı modern.az saytına müsahibəsində “91-lər”in üzvlərindən biri Ariz Abduləliyev də bildirib ki, təəssüf ki, hakim partiya son hadisələrlə bağlı heç bir bəyanat vermir: “Dünən də, bu gün də Prezidentin sərəncamı ilə vəzifədən gedənlər, ictimai qınaq hədəfinə tuş gələnlər, rüşvətxorluq, dələdüzluq, vəzifədən sui-istifadə, dövlət əmlakını mənimsəmə kimi qanunsuz hallara yol verənlər, təəssüf ki, hələ də partiya üzvlüyündə qalırlar. Elə hansı isə “görünməz əl” onlara himayədarlıq göstərir. Çox qəribədir... Cəmiyyət isə partiyadakı belə təsadüfi adamlar, ölkə qanunlarını pozanlar haqqında birmənalı mövqe, açıqlama gözləyir”.

Söylənilənlərlə bağlı YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev musavat.com-a açıqlama verib: “Yeni Azərbaycan” Partiyasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan bəzi üzvləri istintaq tərəfindən məsuliyyətə cəlb olunublar. Hazırda onlarla bağlı istintaq işləri davam etdirilir. Yəni, onlar qanunverciliyə uyğun olaraq məhkum edilməmiş şəxslərdir. Sadəcə olaraq, həmin şəxslərin fəaliyyətlərində şübhə doğuran məqamlar var. Bu səbəbdən də istintaq onları məsuliyyətə cəlb edib. Bu baxımdan, “Yeni Azərbaycan” Partiyası hələlik haqqında bəhs etdiyimiz şəxslər barəsində hər hansı bir qərar çıxarmaqda tələskənliyə yol vermək istəmir. Əgər həqiqətən də onların qanunazidd fəaliyyətləri sübuta yetirilərsə və məhkəmə tərəfindən məsuliyyətə cəlb olunarlarsa, təbii ki, partiya həmin üzvlərin sıralarmızda qalıb-qalmaması barəsində qərar qəbul edəcək. Belə bir qərar müzakirə olunarsa, onların partiya sıralarında qalması qeyri-mümkün olacaq. Yəni “Yeni Azərbaycan” Partiyasının sıralarından onlar avtomatik olaraq kənarlaşdırılacaqlar. Lakin bu gün, istintaq tərəfindən onların cinayətləri sübuta yetirilmədiyi üçün mənsub olduqları siyasi partiya tərəfindən mühakimə olunması erkən verilmiş bir qərar olardı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...