Maşın alverçiləri Bakıda aksiya keçirir

Maşın alverçiləri Bakıda aksiya keçirir


Hazırda "8-ci km"də yerləşən maşın bazarında avtomobil satıçıları etiraz aksiyası keçirir. Satıcılar bazarın rəhbərliyindən icarə haqqının azaldılmasını tələb edirlər. Bu barədə Xalqxəbər.az-a aksiyaçılardan biri məlumat verib. Məlumata görə, hələ ki, bazarın rəhbərliyi aksiyaçıları qəbul etməyib.

Aksiyaçıların bu tələbinə əsas iqtisadi böhran və hökumətin bəzi qərarları olub. Belə ki, Mərkəzi Bankın avtokreditlərə qoyduğu qadağalar, "Avro" stantdarların tətbiqi, istehlak kreditlərinin məhdudlaşdırılması, devalvasiya, hökumətin bazara inzibati müdaxiləsi və sair amillər maşın bazarını çökdürüb. Nəticədə alıcıların sayı azalıb, alqı-satqı əməliyyatları kəskin şəkildə aşağı düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...