Nardaranda hazırda vəziyyət necədir?

Nardaranda hazırda vəziyyət necədir?


Bakının Nardaran qəsəbəsində hazırda nisbi sakitçilik hökm sürür.

Əməkdaşımızın verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən qəsəbənin girişində postlar qurulub. Nardarana daxil olan bütün avtomobillər yoxlanılır.

Nardaran sakinləri qəsəbənin meydan adlanan hissəsini blokadaya alıblar. Müxbirimizin bildirdiyinə görə, sakinlər meydanda ocaqlar qalayıb, ətrafında toplaşıblar. Yollara daşlar tökülüb, sakinlər taxta və dəmir dəyənəklərlə silahlanıblar.

Hazırda qəsəbədə sakitçilikdir. Hər hansı etiraz səsi, şüarlar səsləndirmir.

Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

AzVision.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...