Bakıda ağır cinayətlərin sayı artıb - Rəsmi statistika

Bakıda ağır cinayətlərin sayı artıb -
Bakıda ötən il 12 mindən çox cinayət hadisəsi qeydə alınıb.

Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində ötən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12 761 törədilmiş cinayət hadisəsinin qeydiyyata alındığı bildirilib.

Qeyd olunub ki, ötən illə müqayisədə 2 252 hadisə, yəni 21,4% artım müşahidə edilib. Ötən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 27 92 hadisə olub, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7 608 hadisə olub, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olub".

Keçən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olub. Bu ötən illə müqayisədə 5,4% artıb. Bakı şəhəri ərazisində qeydə alınan 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı ötən il ərzində 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınıb ki, artım faizlərinin bu qədər yüksək dinamikayla inkişafı çox narahatedici göstəricidir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...