İrəvanda əsgər anaları yenə etiraz aksiyası keçirdilər

İrəvanda əsgər anaları yenə etiraz aksiyası keçirdilər
Bu gün Ermənistan prezidentinin iqamətgahı qarşısında dinc şəraitdə ölən əsgərlərin anaları növbəti etiraz aksiyası keçiriblər.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. Akisya iştirakçıları ölkə prezidentinə onlara bir neçə il öncə verdiyi vədi xatırlatmaq istəyiblər. Onlar deyiblər ki, Ermənistan prezidenti onlara övladlarının ölüm faktı ilə bağlı cinayət işlərinin açılacağını vəd edib. Amma indiyədək həmin cinayət işlərindən heç biri açılmayıb,


Polislə aksiya iştirakıçıları arasında qarşıdurma yaranıb.

Belə ki, etirazçı qadınlar səki ilə binanın qarşısına keçmək istəyiblər. Ancaq polis onları saxlayıb. Qadınlar polisin hərəkətinə etiraz ediblər. Mühəndis Vardqes Qaspari və rəssam Ara Petrosyan da onlara qoşulub. Nəticədə mübahisə düşüb və polis onları tutub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...