Azərbaycanlılar Rusiyadan 1,3 milyard dollar göndərib

Azərbaycanlılar Rusiyadan 1,3 milyard dollar göndərib

Azərbaycanlılar Rusiyadan Azərbaycana 1 milyard 354 milyon dollar pul göndərib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının Rusiyadan MDB ölkələrinə şəxsi pul köçürmələri barədəki hesabatında deyilir.
2014-cü ilin məlumatları əsasında hazırlanmış hesabatda bildirilir ki, bu siyahıda birinci yeri Özbəkistan tutur. Özbəklər Rusiyadan vətənlərinə 5 milyard 828 milyon dollar göndəriblər. İkinci yeri 3 milyard 662 milyon dollarla Tacikistan, üçüncü yeri 2 milyard 239 milyon dollarla Qırğızıstan tutur. Rusiyadan Ukraynaya bir il ərzində 2 milyard 187 milyon, Moldovaya 1 milyard 862 milyon, Ermənistana 1 milyard 752 milyon dollar, Qazaxıstana isə cəmi 465 milyon dollar vəsait gedib.
2014-cü il ərzində Rusiyadan MDB ölkələrinə üst-üstə 21 milyard 400 milyon dollar göndərilib. 2013-cü ildə isə bu rəqəm daha çox idi - 24 milyard 786 milyon dollar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...