Prezident Administrasiyasından müxalifətə görüş təklifi gəldi

Prezident Administrasiyasından müxalifətə görüş təklifi gəldi

Bu gün Prezident Administrasiyasından “Azadlıq-2015” seçki blokunda təmsil olunan partiyalardan birinin rəhbərinə siyasi partiyalarla növbəti görüşün keçirilməsi ilə bağlı təklif gəlib. Bu barədə musavat.com-a daxil olan xəbərdə deyilir ki, növbəti görüşdə müzakirəyə çıxarmaq üçün bir neçə mövzu da təklif edilib.

Xəbərdə həmçinin deyilir ki, “Azadlıq-2015” blokundakı 8 partiyanın rəhbərliyi təkliflə bağlı bu gün saat 16-da növbədənkənar toplantı keçirəcək.

Mənbənin sözlərinə görə, razılıq əldə olunacağı halda PA ilə siyasi partiyalar arasında növbəti görüş mayın ortalarına qədər keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...