Azərbaycan ordusu ermənilərin pilotsuz uçan aparatını məhv edib

Azərbaycan ordusu ermənilərin pilotsuz uçan aparatını məhv edib


Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatını məhv edib. "Report" xəbər verir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...