“Avropanın bizi istəməyən qüvvələrinin dəyirmanına su tökmək lazım deyil”

“Avropanın bizi istəməyən qüvvələrinin dəyirmanına su tökmək lazım deyil”


“Avropanın bizi istəməyən qüvvələrinin dəyirmanına su tökmək lazım deyil”.

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı Milli Şuranın Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirakdan imtina etməsi haqqında qərara münasibət bildirərək, bunun düzgün yol olmadığını və özünü doğrultmayacağını bildirib: “Azərbaycanda boykotun mexanizmi yoxdur və özünü doğrultmur. Müxalifət düşərgəsindən digər partiyalar seçkiyə gedirsə, boykot bunu edən qüvvələrin özünə qarşı çevrilir, təcridlə nəticələnir. Bununla yanaşı, mən Milli Şuranın qərarlarına hörmətlə yanaşıram. Çünki hər qurum öz qərarında sərbəstdir”.

S. Rüstəmxanlı Avropa Parlamentində Azərbaycanın əleyhinə qəbul edilən qətnaməyə də münasibətini açıqlayaraq bildirib ki, Azərbaycanın tərəfində dayanmayan, əksinə, ölkəyə təzyiq göstərən qüvvələrin mövqeyini daxildə də müdafiə edənlər var: “Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsinə necə sevinmək olar? Müxalifətin müəyyən qanadları Azərbaycana sanksiya tətbiq olunmasını arzu edir. Bu, xəstə psixologiya, anti-milli düşüncədir. Hesab edirəm ki, indiki prosesdə bunları nəzərə alaraq, sabitliyin qorunması, normal seçkilərin keçirilməsi, dialoqun qurulması, hakimiyyət-müxalifət münasibətlərinin sabitləşməsinə çalışmaq lazımdır. Ölkənin, xalqın taleyi ortaya qoyulanda istər-istəməz hamı bir olacaq və kənarda dayananlar qınanacaq. Ona görə də hesab edirəm ki, Avropanın, bizi istəməyən qüvvələrin dəyirmanına su tökmək lazım deyil. Azərbaycanın möhkəmlənməsinə, seçkilərin normal keçməsinə çalışmaq lazımdır və əlbəttə ki, bu istək müxalifətlə yanaşı, iqtidarda da olmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1063 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...