Sabah Azərbaycanın bəzi yerlərində leysan gözlənilir

Sabah Azərbaycanın bəzi yerlərində leysan gözlənilir


Sentyabrın 17-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacaq, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1034 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...