Sumqayıt Bələdiyyəsinin yeni üzvləri kimlərdir: 10 nəfər ilk dəfədir ki… - ADLAR

Sumqayıt Bələdiyyəsinin yeni üzvləri kimlərdir:

Bildiyiniz kimi, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçilib.

Sumqayıt şəhər Bələdiyyəsinə 19 üzvündən biri olmaq uğrunda isə 75 namizədmübarizə aparıb. Artıq Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Xeberle.com-un məlumatına görə seçkinin nəticəsinə görə, hazırda Sumqayıt şəhər Bələdiyyəsinin sədri olan 62 yaşlı Sultan Misir oğlu Əsədov səs sayına görə birinci yerdə qərarlaşıb. Belə ki, o, 14801 səs toplayıb.

49 yaşlı Süleymanov Sərviz Salman oğlu isə 14024 səslə ikincidir. Bu sima Sumqayıt seçicilərinə elə də tanış sima deyil və rəsmi sənədlərdə işsiz olduğunu qeyd edib.

Sumqayıt Bələdiyyəsini sədr müavini olan 56 yaşlı Musa Süleyman oğlu Həsənov isə 13069 səslə üçüncüdür.

Sumqayıt Bələdiyyəsində saç ağardan, indiyə kimi keçirilən bütün seçkilərdə bələdiyyə üzvü seçilən 65 yaşlı Akif Kərimov isə 12309 səslə dördüncüdür.

Məşhur şahmatçı, hazırda Sumqayıt Bələdiyyəsinin sədr müavini olan 36 yaşlı Zeynəb Həmid qızı Məmmədyarova isə 11495 səslə ilk beşlikdə yer alıb.

Digər bələdiyyə üzvlərinə gəldikdə isə İlqar Cavadov, Fəxrəddin Rəhimov, Emil Abasov, Orxan Adıgözəlzadə, Yusif Salmanlı, İlahə Əliyeva, Fərid Məmmədov, Ramiz Hüseynov, Azər Qasımov, Nərmin Mehdiyeva, Yusif Novruzlu, Bənövşə Cəlalzadə, Zaur Şahbalayev və Gülşən Rüstəmovadır.

Yerli özünüidarəetmə orqanına 10 nəfər ilk dəfə seçilən var. Onlar özünü azad sahibkar kimi təqdim edən Orxan Adığözəlzadə, işsiz hesab edilən Sərviz Süleymanov, YAP Sumqayıt şəhər təşkilatında kompyuter mütəxəssisi işləyən İlahə Əliyeva, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühəndisi Fərid Məmmədov, BAXCP İdarə Heyətinin üzvü Azər Qasımov, Sumqayıt şəhər "Azərpoçt" MMC-nin 5 sayli şöbəsinin rəisi Nərmin Mehdiyeva, AS Akademi Təhsil Mərkəzinin icraçısı Yusif Novruzlu, Sumqayıt Dövlət Universitetinin müəllimi Bənövşə Cəlalzadə, Sumqayıt şəhər Bələdiyyəsinin Hüquq şöbəsinin müdiri Zaur Şahbalayev və işsiz Gülşən Rüstəmovadır.

Beləliklə belə bir nəticə hasil olur ki, yeni bələdiyyənin tərkibi 50 faizdən çox yenilənib.

Bələdiyyə üzvü seçilənlərdən 13 nəfəri YAP, 1 nəfəri BAXCP, 1 nəfəri VHP üzvüvə 4 nəfəri isə bitərəfdir.

Bələdiyyə üzvlərinin yaş həddinə gəldikdə isə ən gəncinin 25 yaşı, ən yaşlısının isə 68 yaşı var. Onlardan 14 nəfəri kişi, 5 nəfəri isə qadındır.

Sumqayıt Bələdiyyəsinin yeni üzvləri kimlərdir:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...