Azərbaycanda ayaqqabı istehaslının 80 faizi Naxçıvanın payına düşür

Azərbaycanda ayaqqabı istehaslının 80 faizi Naxçıvanın payına düşür

İlin I rübündə dəri və dəri məmulatı, o cümlədən ayaqqabı istehsalı həcmi 5 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 2,4 dəfə çoxdur. Ekspertlər bunu qışda heyvandarlıqda yem təminatı ilə bağlı çətin vəziyyətlə izah edirlər.

Dövlətstatkoma görə, ilin 3 ayında 271,7 min m2 dəri və 30,4 min cüt ayaqqabı istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 2,8 dəfə və 56,7% çoxdur. Aprelin 1-i üçün müəssisələrin anbarlarında xeyli mal (291,2 min m2) qalıb, bu isə satışdakı çətinlikdən xəbər verir.

Maraqlıdır ki, dəri sənayesi istehsalının regionlar üzrə həcmi ilə bağlı müqayisəli rəqəmlər bu sahədə gizli iqtisadiyyatın olduğunu göstərir. DSK-nın məlumatına görə, 2014-cü ildə 1,2 mln m2 dəri (+39,2%) və dəri məhsulu, 70,2 min cüt ayaqqabı (-76,2%) istehsal edilib. Naxçıvan Statistika Komitəsinin məlumatına görə, rəsmi əhalisi 400 min nəfər olan regionda 55 124 cüt dəri ayaqqabı tikilib (+3,1%), 290 min dəri (+2,6%) emal edilib. Bu, 2014-cü ildə ölkədə emal edilən ayaqqabının 78,5% və dərinin 24,2%-dir. Ötən il ölkədə dəri məmulatının rəsmi istehsal həcmi 41% azalıb və 19 mln manat olub.

2014-cü ildə ümumilikdə 24 mln 69,4 min dollarlıq 3 mln 14,9 kv metr emal edilmiş dəri ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, əmtəə ifadəsində ixrac 1,4%, qiymət ifadəsində isə 41,8% artıb.

Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, ötən il dövlət strukturları (Dövlət Sərhəd Xidməti, Müdafiə və Daxili İşlər Nazirlikləri, Bakı Metropoliteni) tenderlər vasitəsilə ümumilikdə 2,6
mln manatlıq ayaqqabı alınıb. Tədarükçü “BOT”, “ME.GA.AN”, “Techizat-GN” MMC və s. olub.

Rəsmi məlumata görə, dəri sənayesi sahəsində orta aylıq əmək haqqı 510 manatdan çoxdur. Ötən il bu sahədə əmək haqqı 8% artıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...