Neft Fondu ABŞ-da 50 mln. dollarlıq daşınmaz əmlak alacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlak almağı planlaşdırır.

Bu barədə "APA-Economics" Fondun 2019-cu il üzrə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ARDNF "Gaw Capital Partner" şirkəti tərəfindən idarə olunan "GAW US FUND III" fondu ilə birlikdə Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlaka müştərək investisiya qoyuluşunun həyata keçirilməsinə dair razılıq əldə edilib.

"Birgə investisiyada ARDNF-in payına düşən kapital qoyuluşu 50 mln. ABŞ dolları təşkil edir", - hesabatda deyilir.

Qeyd edək ki, 2019-cu ilin sonuna ARDNF-nin daşınmaz əmlak portfeli London, Paris, Moskva, Seul və Tokio şəhərlərində yerləşən 5 aktivdən ibarət olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...