"Kontakr Home" ölkə qanunlarını da saymır - Bu da fakt

"Kontakr Home" ölkə qanunlarını da saymır -
"1 il bundan əvvəl Kontakt Home mağazalar şəbəkəsindən, 28 may filialından elektrik samokat almışdım.

Səhərisi günü məhsulda problem çıxdı deyə qaytardım mağazaya ki məhsulu geri qaytarıram problem var.

Dedilər servisə getməlidi baxış keçirilməlidir. Servisə özüm apardım sənədsiz zadsız. Bir həftə qaldı orda zəng etdilər ki təmir etdik məndə etiraz olaraq bildirdim ki, təmir üçün yox geri qaytarılma üçün müraciət etmişəm" Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə vətəndaş Rauf Şirinov qeyd edib.

Daha sonra Rauf Şirinov deyir ki, samokatı götürdüm. "Bir müddət sonra yenə xarab oldu. Məni də maddi ziyana saldı. Təkrara olaraq "Kontakt Home"a taksi ilə apardım. 14 gün tamam olmadığı müddətdə mağazaya verdim ki, geri qaytarıram".

Lakin malı geri götürmədilər.

Bir illdən sonra sentyabrın 27-də vətəndaş Rauf Şirinova Səbayel rayon məhkəməsindən məktub gəlir. Məktubda "Kontakt Home" vətəndaşdan borc tələb edir.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 7-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları təsbit edilmişdir. Belə ki, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

– qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi;

– satış qiymətini uyğun məbləğdə azaltmağı;

– malın qüsurlarının icraçının, satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

– malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

– müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı və ya istehsalçı öz növbəsində istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və yuxarıda göstərilən istehlakçının tələblərindən hər hansı birini yerinə yetirməyə borcludur.

Vətəndaşın iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

"Kontakr Home" ölkə qanunlarını da saymır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...