Məktəblilər üçün çantadaşıyan xidməti - quldarlıq dövrüdür?

Gundeminfo.az xəbər verir ki, bu barədə jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkə hesabında yazıb. Daha sonra o qeyd edib:
"Bu hala daha çox çantanı daşımağa tam gücü çatan siniflərdə oxuyan şagirdlər arasında rast gəlinir.
Mən bu məsələdə uşaqlarda heç bir günah görmürəm. Olmazmı ki, o xidmət üçün pul ödəyib, uşağını digər şagirdlərdən fərqləndirməyə çalışan valideynlər, belə bir rəqabəti övladını daha yaxşı oxumağa sövq etdirməklə, “kim daha çox savadlıdır?” prinsipi üzrə apararsın?
Məktəb və onun rəhbərliyi niyə bu cür fəaliyyətləri stimullaşdırmaqla uşaqlar arasında diskriminasiya yaradır? Hətta vəziyyət o həddə çatıb ki, aşağı siniflərdə oxuyanlardan birinin valideyni uşağının başqa şagirdlərlə deyil, tək oturması üçün xüsusi yumşaq oturacaq və digər aksesuarlarla təchiz edilmiş parta yığdırıb.
Məktəb deyil ey, sanki eyni təyyarədə uçan, ancaq birinin bileti biznes, digərininki isə ekanom klas olan sərnişinlərə göstərilən xidmətdir.
Hörmətli Emin Əmrullayev, biz övladlarımızı məktəbə təhsil almağa göndəririk, yırtıcı kapitalizmin doğurduğu reallıqlar altında psixoloji olaraq əzilməyə yox!"
354 dəfə oxundu