Nazir idarə rəisini işdən çıxarıb - İddia

Nazir idarə rəisini işdən çıxarıb -
Sosial şəbəkələrdə XİN-in Protokol İdarəsinin rəisinin işdən çıxarılmasına dair məlumat yayılıb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol İdarəsinin rəisi Ramil Rzayev vəzifəsindən azad edildiyi iddia olunur.

Nazirlikdən bildirilib ki, XİN-də daxili rotasiya olub: “Bu işdən çıxarılma deyil, daxili rotasiyadır. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...