3500 illik savaş - bu dəfə kim qalib gələcək? VİDEO

3500 illik savaş - bu dəfə kim qalib gələcək?
3500 illik tarixi olan Ərəb-İsrail sorunu günümüzə qədər gəlib çıxıb.

1850 illik aradan sonra 1917-ci ildən etibarən təkrara alovlanan ərəb-yəhudi savaşı sonuç olaraq 1948 -ci ildə İsrail dövlətini qurulması ilə yekunlaşdı.

GUNDEMİNFO.AZ GTV-yə istinadən xəbər verir ki, bu günə qədər ərəblərin hücumu ilə başlayan 4 müharibə, hətta bir zamanlar Misirn ABŞ-ın yanında yer alması da, Kamp Davud anlaşması da heç bir işə yaramayıb.

1967-ci ildə 6 günlük İsrail Fələstin müharibəsi olur.

1973-cü il Qiyamət günü müharibəsi İsrailin Misir-Suriya koalisiyası üzərində qələbəsinə gətirib çıxardı və millətlərə 50 il gücləndirilmiş təhlükəsizlik zəmanəti verdi. İndiki münaqişə daha məhdud düşmən dairəsilə olsa da, İsrailin növbəti yarım əsr üçün öz təhlükəsizliyini təmin etmək üzrə addım kimi görülür.

Yom Kippur Savaşı olaraq adlandırılan 1973 ərəb–İsrail Savaşı, 6 - 25 oktyabr 1973-cü ildə baş verdi.

Misir və Suria ərəb dövlətlərinin israilə qarşı bir savaşı başladı.

Müharibə yəhudiləriin Yom Kippur bayramını qeyd etdiyi tarixlərdə gerçəkləşdirildi.

Ərəblər 1967-ci ildə başlanan müharibədə İsrail tərəfindən nəzarətə götürülən Sina yarımadası və Golan təpələrini geri almaq istəyirdilər.
1973-cü ildə Misirin əsas hədəfi Süveyş kanalının şərq cinahında mövqelər ələ keçirmək idi. Bundan sonra isə ərəblər İsraildən Sina Yarımadasını geri istəmək üçün danışıqlar masasına oturmağı planlayırdılar.

ABŞ-ın dəstəklədiyi İsrail, Sovetlərin dəstəklədiyi ərəblər arasında ciddi toqquşmalar baş verdi.

“Qiyamət günü” adlandırılan bu savaş ərəblərin uğurla Süveyş kanalını keçməsi ilə başladı.

Misir hərbi qüvvələri 1967-ci ildəkki anlaşmaya əsasən müəyyən edilən sərhədləri aşdı. Hətta ərəblər Sina adasına qədər gəlib çatdılar. Lakin cəmi 3 gün sonra İsrail səfərbərlik elan etdi və Misirin hücumunu durdurdu.

Suriyalı güclər də Golan təpələrinə yaxınlaşa bilsəlr də, 3 gün sonra İsrail hərbi qüvvələri onları geriyə otuzdura bildi.

1973-cü ildə İsrail Suriyanı elə əzici halda məğlub duruma düşürdü ki, hətta İsrail topçuları Suriyanın paytaxtı Şamın ətraf məhəllələrini bombalamağa başladı.

O zamanın Misir prezidenti Ənvər Sədat düçünürdü ki, ərəb kkoalisiyası Sina yarımadasında strateji dağ yamaçlarını ələ keçirə bilsə, İsraillə danışıqlar masasında istədiklərini ala biləcəklər. Lakin qısa zamanda İsrailin əks hücumu ilə darmadağın olan misir hərbi qüvvələri İsrailin qarşısında dayana bilmədi. Bundan sonra İsrail Misirin içərilərinə doğru irəliləməyə başladı. İsrail Süveyş kanalını keçərək Misirə daxil oldu.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...