Azərcell internet satır, amma kasıblar üçün yox - FAKT

Azərcell internet satır, amma kasıblar üçün yox -
Azərbaycanın mobil operatorları arasında internet traffiki olan xeyli paketlər var. Mobil operatorlar günlük, aylıq internet paketləri təklif edirlər. Tariflər də fərqlidir. Lakin ölkədə ən çox narazılıq internet paketi satan Azərcell-dəndir. Bu mobil operator ən baha internet paketləri təklif edir. Gundeminfo.az xəbər verir ki, dəfələrlə publik şəkildə etirazlzr sosial mediada yayılsa da, şirkət şikayətçiləri görməzdən gəlir.

Görünür Azərcell-də hesab edirlər ki, vətəndaşların narazılıqları, narahatlıqları əhəmiyyətsiz bir məqamdır və onsuz da istədiklər paketləri və xidmətləri sata bilərlər.

Maraqlıdır ki. adıçəkilən qurumun ötürücü antenləri də yararsız haldadır. regionalrda Azərcell-in çəkim problemi yaşaması barədə dəfələrlə sosial mediada şikayətlər ifadə edilib. Buna baxmayaraq Azərcell yerlərdə infrastrukturun formalaşdırılması üçün heç bir addım atmayıb. Şirkətin illik maliyyə hesabatlarından da görünür ki, bu istiqamətdə investitsiya qoyuluşları həyata keçirilməyib.

Azərcell hazırda biznes nömrələr üzrə internet paketləri təklif edir. Lakin vətəndaşlar internet paketləri alsalar da deyəsən bi xidmətlər kasıblar üçün deyil. Maraqlıdır ki, bu mobil operatorun nömrəsinə sahib olsalar da, onlar internet paketlərindən yararlana bilmirlər.

Və abonentlərə telefonlarının köhnə olması səbəbindən xidmət göstərilmir. Hansı ki. belə bir problemlə qrşılaşacaqlarına dair abonentlərə nömrəni satan zaman heç bir xəbərdarlıq edilmir. Yəni əsas biznes nömrə ni satmaqdır. Bundan sonra vətəndaş etiraz etə, Azərcell ona yeni telefon da satmaq istəyəcək. Axı bu mobil operator həm də mobil cihazların satışına da həyata keçirir. Qısası Azərcell-ə bir dəfə urcah olan, bir ömür asılı hala düşür.

Vətəndaşların idiaları ilə bağlı GUNDEMİNFO.AZ olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Azərcell internet satır, amma kasıblar üçün yox -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...