Muğan Bankın bağlanması notariusları çökdürdü
Xəbər verdiyimiz kimi oktyabrın 19-da Mərkəzi Bank Muğanbankın bağlanması haqqında qərar verdi.
Rəsmi məlumatda bu barədə bildirilirdi: “Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
GUNDEMİNFO.AZ xəbə verir ki, hazırda ləğvedici komissiya bankən aktivləri, əmanətləri ilə bağlı qiymətləndirmə jəyata keçirir. İndi ən çox verilən suallar bankdakı hesablarında pulları olan (əmanətlər deyil red) fiziki və hüquqi şəxslərin vəsaitlərinin taleyinin necə olacağıdır.
Millət vəkili Vüqar Bayramov bağlanan bankdakı hesablarda olan fiziki şəxslərin pullarının gələcək taleyi ilə bağlı məsələyə aydınlııq gtirib.
Gundeminfo.az xəbər verir ki, millət vəkili qeyd edib ki, qaydalara əsasən, “Muğan Bank”da fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə vəsaitlərin 20 min manatı kompensasiya olunacaq. "Bu o deməkdir ki, əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin hesabında 50 min manat varsa onun 20 min manatı kompensasiya olunan, digər hissəsi isə qorunmayandır" deyə V.Bayramov qeyd edib.
Millət vəkilinin də dediyi kimi bankda hesablarında 20 min manatdan çox pulu olan şəxslərin qalan vəsaitlərinin taleyi bəlli deyil. Yəni həmin pulların geri qaytarılması üçün sığorta mexanizmləri vəə müvafqi olaraq konkret qanu ni mexanizmlər mövcud deyil.
Gundeminfo.az-a daxil olan məlumata əsasən artıq Muğan Bankən bağlanmasından sonra hesabında pulu olan hüquqi və fiziki şəxslər Mərkəzi Banka müraciət də ediblər. Əsaən adıçəkilən bankda hesabı olan notaritların hamısının (ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən notariusları çıxmaq şərti ilə) etirazları başlayıb.
Məlumata əsasən bütün notariat əməliyyatları həmin bank üzərindən aparılıb.
Vəkil Mehman Muradlı da Vüüqar Bayramova sosial şəbəkədə sual ünvanlayıb: "Daşınmaz əmlakın alqı-satqısı və həmin məbləğin bankdan çıxarılması 2 gün vaxt aparır. Belə olan halda notariusların hesabında olan vəsaitin taleyi necə olacaq?"
Hazırda görünən odur ki, istər notariat, istərsə də digər fəaliyyət sahələrində mövcud olan fiziki və hüquqi şəxslərin hesablarındakı 20 min manatdan yüksək əsaitlərin taleyii müəmmalı olaraq qalmaqdadır. Bu isə sahibkarlıq, özəl sektor üzrə xeyli sayda qurumun və iş adamlarının iflasına səbəb ola bilər.
280 dəfə oxundu