Sumqayıtda "abad məhəllə"ni yaşıllıqları məhv edilir

Sumqayıtda "abad məhəllə"ni yaşıllıqları məhv edilir
Sumqayıtda “pilot layihə” adı altında 4-cü məhəllənin sökülməsinə hazırlıq işlərinə başlanılıb. Amma işin ibtidasından məlum olur ki, bu layihə insan yönümlü şəhərlər konsepsiyasından uzaq olacaq.

Bunu araşdırmaçı jurnalist Hafiz Babalı deyib. Ərazinin fotolarını təqdim edən jurnalist bildirib ki, layihənin icraçısı az qala bütün perimetr boyu hasarlama aparır:

“Hasar həm Nizami, həm də Polad Həşimov küçələri üzrə bardürlərə bitişik aparılır. Başqa sözlə, piyadaların gediş-gəlişi üçün səki və ya azca da olsa, keçid yeri saxlanılmır. Düşünmək olar ki, niyyət həm də buradakı ağac və kollardan yaşayış sahəsini genişləndirmək üçün yaxa qurtarmaqdır.

Məsələnin təəssüf doğuran tərəfi odur ki, proses az qala, şəhər İcra Hakimiyyətinin ağzının içində baş verir. Ümid edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların quruldulmasına yol verməmək üçün ərazini nəzarətdə saxlayacaq”.

Sumqayıtda "abad məhəllə"ni yaşıllıqları məhv edilir
Sumqayıtda "abad məhəllə"ni yaşıllıqları məhv edilir
Sumqayıtda "abad məhəllə"ni yaşıllıqları məhv edilir
Sumqayıtda "abad məhəllə"ni yaşıllıqları məhv edilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...