Muxtar Babayevin müavini ilə bağlı ilginc iddialar
Ölkədə ekoloji terror davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”nin sədr müavini Azər Məcid oğlu Şükürov nazir Muxtar Babayevin himayədarlığı ilə kifayət qədər qanunzsuzluğa yol verir.
Gundeminfo-ya bu barədə ünvanlanan vətəndaş müraciətində yazılır.
"O, əsasən mədən, karxana rəhbərlərini yüksək məbləğlərdə cərimə edir, daha sonra isə onları bazarlığa məcbur edir. Bazarlıq 2 formada həyata keçirilir, ya sahibkar özünə məxsus obyektin bir hissəsini Azər Şükürovun dediyi adamın adına sənədləşdirməyə məcbur edilir, ya da kifayət qədər yüksək məbləğdə rüşvət tələb olunur. Sahibkarlar razılaşmadığı təqdirdə sifarişli yoxlamalar, təzyiqlər, bürokratik əngəllər daha da kəskin hal alır. Bu əməllərinə görə onu naziliyinin «qara kassası» adlandırırlar. Bunlar bir tərəfə, Azər Şükürov məmur ola-ola biznes fəaliyyəti ilə də məşğul olur. «Azinterpartlayış X»və »AzGeo» MMC şikrətləri ölkədə partlayış işi ilə məşğul olan nadir şirkətlərdəndirlər" deyə yazır vətəndaş.
Əsas düşündürücü məqam barəsində cinayət işi olan, rəsmi dövlət postu tutan bir şəxsin sahibkarlıqla məşğul olması və bu qədər arxayın olmasına səbəb, himayədarı Muxtar Babayevin məqsədinin nə olmasıdır?
Cavab isə çox sadədir, Muxtar Babayev nazir olduğu müddət ərzində ona bu qədər yüksək məbləğlərdə gəlir gətirən ikinci bir şəxs olmamışdır.
Azər Şükürovun şirkətlərinə hal-hazırda ; “Azinterpartlayış - X” (VÖEN - 1001709311) - Cəlilov İsrafil Ziyatxan oğlu (Azər Şükürovun qızının həyat yoldaşı) , “Azərbaycan Geologiyası” (VÖEN - 1303160161) - Şükürlü Nigar Azər qızı (Azər Şükürovun qızı) rəhbərlik edirlər.
Bu iddialarla bağlı qarşı tərəfin də mövqeyini səhifəmizdə yayımlaya bilərik.
724 dəfə oxundu