Cəlilabadda şəhid atasını aldadıblar? - VİDEO

Cəlilabadda şəhid atasını aldadıblar? -
Cəlilabad rayon Uzuntəpə kəndindən şəhid Əli Qəmbərovun atası yerli məmurlardan şikayətçidir. Şəhid atası redaksiyamıza müraciətində bildirib ki, rayon icra hakimiyyətindən ona şəhid oğlunun adını əbədləşdirmək üçün abidə tikintisinə vəsait ayrılıb. Hətta Cəlilabad rayon Uzuntığı kəndində bələdiyyə sədri Nicat müəllim də abidənin inşasına dəstək verib.

Lakin rayonun icra başçısının tapşırığına elə icra başçısının Uzuntəpə kənd nümayəndəsi Loğman hüseynov məhəl qoymur. İcra başçısı icra nüməyəndəsinə tapşırıq verib ki, şəhidin abidəsinin inşası üçün kommunal idarlərdən işçilər verilsin. Lakin Loğman hüseynov bu tapşırığa məhəl qoymur. Heç abidənin tikintisi ilə də maraqlanmayıb.
Gundeminfo.az-a ünvanlanan müraciətdə bildirilir ki, şəhid Əli Qəmbərovun atası demək olar ki, abidəni təkbaşına işnşa edir. Noyabrın 14-ə qədər hazır olması nəzərdə tutulsa da, kənd icra nümayəndəsi və yerli məmurlar işin sürətləndirilməsi üçün işçi qüvvəsi vermir.
Bizə ünvanlanan həmin görüntüləri təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...