Döyüşüb amma müharibədə iştirak etdiyini sübut edə bilmir

Döyüşüb amma müharibədə iştirak etdiyini sübut edə bilmir
Şəki rayonun Baş Göynük kənd sakini, müharibə iştirakçısı Hacıağa Məmmədhüseynov Teymur oğlu Bizimxeber.az-ın ünvanına müraciət ünvanlayıb.

Hacıağa Məmmədhüseynov bildirir ki, 44 günlük Vətən Müharibəsində döyüşsə də, onu müharibə iştirakçısı kimi hələ də tanımırlar.

Hacıağa Məmmədhüseynovun Ali Baş Komandan İlham Əliyevə ünvanladığı müraciətini təqdim edirik!

Cənab Ali Baş Komandan!

Sizin çağırışınıza uyğun olaraq mən 44 günlük 2-ci Qarabağ Müharibəsinə könüllü olaraq döyüşməyə və torpaqlarımızı azad etməyə getmişəm. 379-cu hərbi hissənin tərkibində əvvəlcə piyada qoşunları üzrə atıcı kimi Fizuli istiqamətində 28 oktyabr 2020-ci ildən döyüşlərə başlamışıq. 44 gün müharibənin ən qızğın yerlərində iştirak etmişəm və 10 noyabr 2020-ci ilə qədər Xocavaənd istiqamətində döyüşmüşəm.

Allahın qismətindən sağ salamat evimə qayıtmışam. Budur, nə qədər Şəki Hərbi Səfərbərlik İdarəsinə ayaq döyürəm, məni müharibə iştirakçısı kimi qeydə almırlar. Baxmayaraq ki, hərbi biletimdə hərbi hissə komandiri tərəfindən “Füzuli-Xocavənd rayonlarında döyüşlərdə iştirak edib” sözləri qeyd olunub.

Hər dəfə deyirlər ki, Bakıya Müdafiə Nazirliyinə sorğu vermişik get gözlə. Axı nə qədər gözləmək olar? Mən hazırda işsizəm. Ümid yerim müharibə iştirakçısı kimi heç olmasa aylıq verilən 80 manatı alsam bəlkə dolana bilərəm. Amma 3 ildir ki, gözləməkdən yoruldum. Budur, nəhayət Ombudsman Aparatı rəhbərinə Müdafiə Nazirliyindəki hansısa məsuliyyətsiz məmur əsassız olaraq formal cavab verir ki, guya mənim xidmət etdiyim hərbi hissə ( 379 saylı) ümumiyyətlə, 44 günlük döyüşlərdə iştirak etməyib. Onda bu hərbi hissədən olan şəhidləri, qaziləri kimin ayağına yazaq?

Hesab edirəm ki, bu Müdafiə Nazirliyində baş verən rüsvayçılıqdır, rəzillikdir. bu dərəcədə yalan olarmı?

Ona görə də cənab Ali Baş Komandan birbaşa Sizə təkrar yenə müraciət etməyə məcbur oluram. Qeyd etdiklərimi nəzərə alaraq Sizdən çox xahiş edirəm ki, mənim müharibə iştirakçısı kimi tanınmağım üçün aidyyatı dövlət qurumlarına göstəriş verəsiniz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
364 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...