Rusiyada yumurta böhranı yaşanır

Rusiyada yumurta böhranı yaşanır
Rusiya tezliklə Azərbaycan və Türkiyədən rüsumsuz yumurta alacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.

Dmitri Patruşev deyib ki, hökumət hesab edir ki, bu, yüksək qiymətləri aşağı salmalıdır: “Yaxın bir neçə həftə ərzində Rusiya Türkiyə və Azərbaycandan rüsumsuz yumurta alacaq ki, bu da qiymətlərin aşağı düşməsinə kömək edəcək. Yaxın vaxtlarda, artıq bu həftə Azərbaycandan yumurta gəlməlidir. Düşünürəm ki, iki-üç həftədən sonra Türkiyədən yumurtalar müvafiq idxal rüsumu olmadan gələcək ki, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”.

Nazir əlavə edib ki, yeni il bayramı ərəfəsində ölkədə yumurta həmişə bahalaşdığından, yeni ildən sonra qiymətlərin ucuzlaşacağına ümid edir.

Qeyd edək ki, Rusiyada yumurta kəskin bahalaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...