Uşaq baxçalarında işləyənlərin istefa ərizələri alınıb - eksküliziv

Uşaq baxçalarında işləyənlərin istefa ərizələri alınıb  -
“Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda qeyd olunub. Qanunvericiliyə görə, bağça müdiri olmaq istəyənlər üçün müəyyən tələblər mövcuddur.

GUNDEMİNFO.AZ xəbər verir ki, bağça müdirləri məktəbəqədər təhsil və ya idarəetmə üzrə ali təhsilə, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsili və məktəbəqədər təhsil müəssisəsində 5 ildən az olmayaraq pedaqoji staja sahib olmalıdırlar.

Qanunvericiliyə görə, bağça müdiri aşağıdakıları bilməlidir:

-“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunları;

-Məktəbəqədər təhsillə bağlı qanunvericilik aktlarını;

-Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını;

-Milli məzmun standartlarını və kurikulumları;

-Pedaqogika elminin yeni nailiyyətlərini;

-Müvafiq təlim-tərbiyə proqramlarını, yeni pedaqoji texnologiyaları:

-Uşaqların həyat və səhhətinin qorunması məsələlərini;

Əmək qanunvericiliyi, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Lakin bütün bu tələblərə baxmayaraq hazırda məktəbəqədər təhsil sistemində ciddi problemlər mövcuddur. Ən başlıca problem isə ondan ibarətdir ki, baxça müdirlərinin böyük əksəriyyəti ali təhsilli kadrlar deyil.

Bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayev jurnlistlərə verdiyi açıqlamasında dedi ki, baxça müdirləri ilə bağlı yeni tələb və normalar müəyyən ediləcək. Ən vacibi isə onların ali yəhsilli olması tələbi ortaya qoyulacaq.

Hazıırda ölkə ərazisində 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 66-sı qeyri-dövlət məktəbəqədər təhsil müəssisələri, 1656-sı isə dövlət məktəbəqədər təhsil müəssisələridir.

Məktəbəqədər təhsil müəssisələrindəki uşaqların ümumi sayı 117239 nəfərdir ki, bunun 114842 nəfəri (onlardan 53178 nəfəri qız) dövlət bağçalarında, 2397 nəfəri (onlardan 1109 nəfəri qızlar) özəl bağçalarda oxuyur.

Statistikaya əsasən, şəhər yerlərində 939 dövlət bağçası, kənd yerlərində isə 717 dövlət bağçası fəaliyyət göstərir.

Dövlət bağçalarında işləyən 15331 pedaqoji işçinin 31,6 faizi ali, 0,3 faizi natamam ali, 61 faizi orta ixtisas, 7,1 faizi isə tam orta təhsillidir. 1656 dövlət bağça müdirlərinin 66 faizi ali, 0,3 faizi natamam ali, 31,9 faizi orta ixtisas, 1,8 faizi tam orta təhsillidir.

Rəsmi statistikadan da göründüyü kimi uşaq baxçalarına rəhbərlik edənlərin çox az bir qisminin alu təhsli var.

Gundeminfo.az-a daxil olan məlumata əsasən dekabrın 18-də elm və təhsil naziri əmr imzalayıb. Əmrə əsasən ölkə ərazisindəki bütün uşaq baxçalarının pedaqoji kollektivi işdən azad edilmək haqqında könüllü ərijzə yazıblar. Bundan sonra uşaq baxçalarında işləyənlərə bildirilib ki, təkarar işə qəbul edilmələri ilə bağlı da ərizə yazsınlar.

Məlumata əsasən uçaq baxçaları ilə bağlı nazirlikdə yeni bir qurum yaradılır. Məhz Elm və Təhsil Nazirliyinin tabelliyində olan İnsan Rsursları Departamentinin rəhbəri Eşqi Bağırovun göstərişi ilə baxçalarda işləyənlərin işdən çıxma ərizələrinin alındığı deyilir.

Lakin onlar yeni ildən etibarən hansı quruma və hansı formada tabe olacaqlar məlum deyil. İddialara görə gələn ildən etibarən ilk islahat baxça müdiri işləyən şəxslərin ali təhsilli olub-olmadıqları araşdırılacaq. Naziriyin müvafiq idarəsində bununla bağlı işçi qrupunun yaradıldığı da bildirlir. Ali təhsili olmayan baxça müdirlərinin təkrar təyinatı təsdiqlənməyəcək. Boş qalmış baxça müdiri vakansiyaları üzrə ölkə ərazisində təkrar işə qəbulla bağlı imtahanlar keçiriləcək və ortta təhsil pilləsində olduğu kimi, baxça müdirlərinin və tərbiyəçilərinin işə qəbulu mərkəzləşdirilimiş test üsulu ilə həyata keçiriləcək.

Mövzu ilə bağlı nazirlikdən münasibət öyrənmək mümkün olmadı. Bütün tərəfləri dinləməy hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
259 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...