Tərtərdə şəhid ailəsi imdad diləyir İcra Hakimiyyəti isə...

Tərtərdə şəhid ailəsi imdad diləyir

Tərtərin Təzəkənd kəndində yaşayan şəhid ailəsi yaşadıqları daxmanın yararsız vəziyyətdə olduğunu və hər an uçmaq təhlükəsi ilə üz-üzə qalmasından şikayətçidirlər.

GUNDEMİNFO.AZ yazır ki, “Qafqazinfo”ya müraciət edən Mehdiyeva Minarə bildirib ki, həyat yoldaşı Mehdiyev Elman Nəriman oğlu 1992-ci ildə şəhid olandan aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, lakin indiyə qədər heç kim onlara köməklik göstərməyib. Qeyd edək ki, şəhid ailəsi hələ ötən il də “Qafqazinfo”ya müraciət edərək mətbuat vasitəsilə onlara yardım edilməsini xahiş etmişdi. Məlumat ötən il dərc olunduqdan sonra rayon icra hakimiyyətindən nümayəndələr evə baxış keçirmiş və yardım edilməsi üçün vəsait ayrıldığını bildirmişdilər. Lakin qısa müddət sonra icra başçısı postuna edilən dəyişiklikdən sonra ailəyə heç bir yardım göstərilməmişdi.

Hazırki rayon icra başçısına dəfələrlə müraciət etdiklərini deyən M.Mehdiyevanın sözlərinə görə, hər dəfə söz versələr də Sosial Müdafiə Nazirliyinə heç bir sorğu göndərilməyib.

Xatırladaq ki, Minarə Mehdiyeva torpaq evdə qızı, üç nəvəsi və xəstə oğlu ilə birgə yaşayır. Oğlu 1 il əsgərlik çəkdikdən sonra vərəmə tutulduğu üçün ordudan təxris olunub və ciyərinin biri çıxarılan oğlu xəstəliyinə görə cəmi 50 manat təqaüd alır.

Tərtərdə şəhid ailəsi imdad diləyir

Tərtərdə şəhid ailəsi imdad diləyir
Tərtərdə şəhid ailəsi imdad diləyir
Tərtərdə şəhid ailəsi imdad diləyir


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...