ADNA rəhbərliyndən prezidentə şikayət olundu

ADNA rəhbərliyndən prezidentə şikayət olundu

"İndi bütün tələbələri bir sual düşündürür: Yaz imtahan sessiyasında tələbələri kütləvi qaydada imtahanlardan kəsərək kütləvi narazılıq yaratmaqda məqsəd nədir?" Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifələrini müvəqqəti icra edən Vaqif Qurbanovdan bir qrup tələbə adından ölkə prezidentinə şikayət olunub.

PİA.AZ-a ünvanlanan şikayət məktubunu olduğu kimi oxucularmızın diqqətinə cəlb edirik:


"Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənablarına
surəti: “Heydər Əliyev Fondu”nun Prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Ölkəmizin Birinci Xanımı, millət vəkili
Hörmətli Mehriban Əliyevaya

surəti: Təhsil Naziri cənab M.Cabbarova

Azərbaycan Dövlət Neft Akademiyasının
Çoxsaylı tələbələri adından

Ş İ K A Y Ə T



Möhtərəm Cənab Prezident,

Vaqif Qurbanov Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifələrini müvəqqəti icra etməyə başlayandan akademiyada özbaşınalıq tüğyan edir.

Az qala bütün ali məktəblərdə imtahanlar test üsulu ilə keçirildiyi bir zamanda imtahanlar hələ də yazılı aparılır. Yol verdiyi kobud pozuntulara görə vaxtilə şiddətli töhmət almış Vaqif Qurbanov Akademiyada özünə sərfəli olan “yenilik” edərək tələbələri kütləvi qaydada imtahandan kəsməyi özlərinə hədəf seçib.

Bu işi “Neft mexanika”fakültəsinin dekanı Sakit Abbasovla, Osman Mirzəyev cütlüyünə həvalə edib. Sakit Abbasov imtahan komissiyasının sədri, İnformasiya Kommunikasiya Texnologiyalar mərkəzinin (IKTM) rəisi Osman Mirzəyevə həvalə edib. İmtahan nəzarətçiləri də akademiyanın müəllimlərindən təşkil edilib.

Nəzarətçilər də bü cütlüyün göstərişləri əsasında tələbələrə qarşı istədiyi haqsızlığı edirlər.

Məhz Sakit Abbasovla, Osman Mirzəyev cütlüytü məqsədli şəkildə tələbələrə qarşı xüsusi qədarlıq və qeyiri-obyektivlik edərək tələbələrin bütün hüquqlarını tapdalayır.

Ölkəmizdə keçiriləcək Avropa oyunları ilə əlaqədar qanunsuz yolla büdcə pullarına “qənaət” etmək göstərişinin rektor əvəzi işləyən Vaqif Qurbanov tərəfindən verildiyi iddia edilir.

Belə ki, yeni qaydalara görə kəsri olan tələbə təqaüddən məhrum edilir, tələbə hər fənn üçün kredit sayına uyğun kredit ödənişi edib Akademiyanın yay məktəbinə yazıldıqdan sonra kəsrini düzəldə bilər.

Avropa oyunlarını bəhanə edib dərs proqramı yarımçıq tədris olunub. Bunun qarşılığında Vaqif Qurbanov imtahan suallarının qismən də olsa azaldılacağında dair vədlər versə də vədinə əməl etmədi. Əksinə qəsdən imtahan sualları artırıldı və qəsdən imtahan üçün verilən 3 saat vaxt 2 saata salındı.

Həm də bu səbəblər görə tələbələr kütləvi qaydada imtahandan kəsildi.
Akademiyanın təkliflər qutusuna imtahanların test üsuli ilə keçirilməsi təkliflər versək də bu təkliflərə məhəl qoyulmur.

İmtahan nəticələri Sakit Abbasovla, Osman Mirzəyevin şəxsi istəklərindən asılıdır.

Akademyada yaşı 70-dən yuxarı olan görmə-eşitmə qabiliyyəti çox-çox zəif olan, yaddaşı olmayan çoxlu sayda yararsız müəllimlər var. Dərs deyə bilməsələr də tələbələr onların hər cür kaprizlərinə dözməyə məcburdurlar.

İndi bütün tələbələri bir sual düşündürür: Yaz imtahan sessiyasında tələbələri kütləvi qaydada imtahanlardan kəsərək kütləvi narazılıq yaratmaqda məqsəd nədir? Digər tərəfdən Neft Akademiyasında tələbələr kütləvi qaydada imtahanlardan kəsilirsə bu Aklademiyada verilən ali təhsilin “keyfiyyətindən” xəbər verir.

Görünür Dövlət Neft Akademiyasında bu cür özbaşınlıqlara yol verənlər son günlərdə Dövlət Başçımızın məmurlara sərt xəbərdarlığından dərs almaq istəmirlər?!

Xahiş edirik tələbələrə qarşı edilən bu haqsızlıqlara son qoyulması üçün aidiyyatı qurumların rəhbərlərinə göstəriş verəsiniz.
Əvvəcədən Sizə minnətdarıq.

Hörmətlə,
ADNA-nın çoxsaylı tələbəlri adından Natiq Quliyev"

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...