Kürdəmirdə insanların sosial haqqı yeyilir- ŞİKAYƏT VAR
Redaksiyamıza Kürdəmir rayon sakinləri adından müraciət edən Eldar Şirvanlı ilginc ittihamları səsləndirib. DİA.AZ-a yazan narazı vətəndaş bildirir ki, Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hökm sürən özbaşınalıqla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova şikayət ərizəzi ünvanlayıb. Bir nüsxəsi də dia.az-a daxil olan ərizədə deyilir:
"Cənab nazir, biz Kürdəmir sakinləri adından bu müraciəti sizə ünvanlayırıq. Bizim şikayətimiz Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verənlərlə bağlıdı. Bu idarədə direktor başda olmaqla idarərinin sürücüsü İmaməddin İbrahimov (bu şəxsin nazirin xidməti avtomobilinin sürücüsünün yaxın qohumu olduğu bildirilir və ünvanlı yardımın düzəlməsində dəllal (makler) kimi fəaliyyət göstərir) və digər məsul şəxslərdən olan Nemət İsmayılovla Ramin Mürsəlov maxinasiya ilə məşğuldurlar.
Xüsusən bu idarədə öz vəzifə səlahiyyətlərini tamamən aşmış, qulluq funksiyalarından sui-istifadə edən Nemət İsmayılovdur. Yeni qaydaların tətbiqinə baxmayaraq Nemət İsmayılov vətəndaşlardan açıqdan-açığa rüşvət (800-1000 manat) tələb etməkdə davam edir. Bir neçə dəfə bu şəxs barəsində, cənab nazir, şəxsən Sizə məlumat verilsə də, nədənsə Nemət İsmayılovun özbaşınalıqlarına göz yumulmuşdur".
Dia.az bildirir ki, narazı vətəndaş adını çəkdiyi şəxslərə qarşı etikadan kənar ittihamlar da səsləndirir ki, həmin qeydləri açıqlama məsuliyyətini bölüşmədik. Müraciətdə daha sonra deyilir:
"Həmin mərkəzdə sürücü kimi işləyən İmaməddin İbrahimov dəllalıq fəaliyyəti ilə məşğul olur. "Mənim arxam var" deyib idarə daxilində özbaşınalığını davam etdirir. Həmçinin eyni sözləri Ramin Mürsəlov, Hamil Hidayətov və Arzum Həmidov barəsində də söyləmək olar. Sosial yardımın avtomatlaşdırılmasına baxmayaraq Mərkəzdə yenə də sosial yardım pulla satılmaqda davam edir. Və təbii ki, səriştəsiz direktor Asif Abdullayevin bilavasitə diktəsi ilə. Bu şəxslər yenə də dəllarla iş başındadı. (Bir daha həmin dəllallarin adin xatirladiriq Mirtalıb, Abdurrazax, Şahbaz və digərləri).
Yeni sistemin tətbiqinə baxmayaraq yenə də vətəndaşlardan pul tələb olunur. Bəyəm siz bunları görmürsünüz? Bütün bu işləri sizin inanib təyin etdiyiniz kadrlariniz görür çox təəsüf... Yuxarıda adları çəkilən həmin şəxslər barəsində təcili tədbir görülməsini sizdən tələb edirik".
Dia.az olaraq bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...
276 dəfə oxundu