Fazil Məmmədovun şirkəti yanmaz üzlüklər istehsal edəcək

Fazil Məmmədovun şirkəti yanmaz üzlüklər istehsal edəcək

“Synergy Group”un şirkəti olan “Azerbaican Fibro Cement” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində müasir texnologiya ilə müxtəlif rənglərdə və çeşiddə fibro-sement (lifli sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 milyon kvadratmetr fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək.

“Synergy Group” ASC-nin biznesin inkişaf üzrə meneceri Əvəz Quliyev bildirib ki, fibro-sement yanmazdır və yüksək temperaturda deformasiyaya uğramır: “Soruşa bilərsiz, nə üçün fibro-sement” Fibro-sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır. Fibro- sement yanmazdır və yüksək temperaturda deformasiyaya uğramır. Avropa standartları yanmazlığa görə fibro- sementi A1 sinfinə aid edir. Bəzi hallarda fibro-sementlə hətta qızdırıcı sobaları da üzləyirlər”.

Qeyd edək ki, “Synergy Group” şirkətinin vergilər naziri Fazil Məmmədova məxsus olduğu deyilir.(azpolitika.info)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...