Şamaxıda Qasımov Ağayev imperiyası - rayon necə idarə olunur

“Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”.
Bu, prezident İlham Əliyevin müşavirələrin birində səsləndirdiyi fikirlərdir. Hansı ki, ölkə başçısı artıq bir neçə ildir ki, hər çıxışında bu məsələyə toxunur. Amma çox təəssüf ki, bəzi məmurlar bu tapşırıqlardan nəinki nəticə çıxartmırlar, əksinə, daha da harınlayırlar. GUNDEMINFO.AZ-a daxil olan belə məmurlardan biri də Şamaxı rayon İHB-nın 1-ci müavini Qasım Qasımovdur. Qasım Qasımovun icra başçısının müavini kimi hansısa əməlindən yox, bir insan kimi yol verdiyi yanlışdan yazacağıq.
Redaksiyamıza daxil olan informasiyada Qasım Qasımovun yaxın qohumlarının hərbi xidmətdən yayınmaları barədə məlumatlar var. Qasım Qasımovun oğlu, qardaşı oğlanları, yaxın qohumları orta məktəbi qurtaran kimi hərbi xidmətdən yayınmaq üçün, vətənin övladlıq borcunu yerinə yetirməməsi üçün Respublikanı tərk edərək ,Rusiya federasiyasının Sankt Peterburq şəhərinə getmişlər. Orada böyük biznes şəbəkəsi olan Qasımovlar küllü miqdarda pul əldə etməkdir.
22 ildən artıqdır ki, müharibə şəraitində yaşayırıq. Ermənistan tərəfinin hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımız dədə-baba torpaqlarından digərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşayır, 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olub. Məhz elə bu səbəbdən də hər bir azərbaycanlı düşmənə nifrət hissi ilə yaşamalı, daim işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün ölkə başçısı tərəfindən veriləcək əmrə hazır olmalıdır. Bunun üçün isə ilk növbədə hərbi xidmət yaşı çatan bütün gənclər əsgərliyə getməkdə maraqlı olmalıdır Qasımovlar kimi qaçıb başqa dövlətlərdə gizlənməməlidir. Çünki müharibə şəraitində olan dövlətin hər şeydən öncə vətəndaşların sədaqətinə, sevgisinə, fədakarlığına ehtiyacı var.
Təəssüf ki, bu gün ölkə vətəndaşlarının əksəriyyəti "Qarabağ, Qarabağ" desə də, bəzi məmurlar vaxt-vədə yetişdikdə övladlarını həqiqi hərbi xidmətdən yayındırmaqdan ötrü min cür oyundan çıxırlar. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının "vətəni müdafiə etmə haqda" qanununda deyilir ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Lakin məmurların, vəzifə sahiblərinin, eləcə də imkanlı şəxslərin övladları konstitusiyanın bu maddəsinə əhəmiyyət vermədən müxtəlif yollarla ordu sıralarından yayınmağa cəhd göstərir və əksər hallarda buna nail olurlar. Bunu inkar etməyə dəyməz. Hamıya bəllidir ki, vəzifəli şəxslərin övladları həqiqi hərbi xidmət yaşı gələndə ya səhhətlərini, ya təhsillərini bəhanə gətirib əsgərlikdən yayınırlar.
Məhz elə bu səbəbdən də məmur övladlarının hərbi xidmətə getməməsi sadə vətəndaşlar arasında, cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır. Təbii ki, bu, ölkənin digər vətəndaşları tərəfindən heç də yaxşı qarşılanmır. Çünki Azərbaycan bu ölkədə yaşayan hər kəsin vətənidir və elə buna görə də məmur, nazir, biznesmen balası da fəhlə balası ilə çiyin-çiyinə torpaqlarımızın keşiyində durmalıdır. Lakin bu gün bunun tam tərsi müşahidə olunmaqdadır.
Belə ki, Qasım Qasımov kimi məmurlar bu məsələni mediadan qapalı saxlayırlar. Bəzi vətəndaşlar isə harınlamış məmur övladlarını misal gətirərək, "müharibə olsa, getməyəcəm. Hansısa varlının, məmurun oğlu qaçıb gizlənəcək, mən isə döyüşəcəm?" kimi sözlər deyirlər. Etiraf etmək lazımdır ki, son zamanlar bu cür düşünənlərin sayı xeyli artıb. Odur ki, aidiyyəti qurumlar yaranmış vəziyyətin aradan qaldırılması, məmur balalarının, imkanlı şəxslərin övladlarının da ordu sıralarına cəlb olunması üçün müvafiq addımlar atmalıdırlar.
GUNDEMİNFO.AZ-a daxil olan məlumatda daha sonra Qasım Qasımovun Şamaxıdakı biznes və sərvətlərindən bəhs edilir.
"İHB-nın 1-ci müavini olan Qasım Qasımov Şamaxı kimi qədim ənənəyə sahib olan rayonu öz qanunları ilə idarə edir. Özünə tam tabe etdirdiyi adamları rayondakı əsas postlara təyin etdirərək istədiyini diqtə edən Qasım Qasımov bu yaxınlarda daha bir orjinal işə öz dəsti – xəttini qoyub. Beləki rayona mart 2016-cı ildə ayrılan rayonun su-kanalizasiya və asfalt örtüyünün təmiri üçün ayrılmış 500 000 (beş yüz min) manat vəsaiti Asif Ağayevlə birgə Qasımov hansı istiqamətlərə xərcləyiblər bəlli deyil. Rayonun küçələri batıb gedir. Tarixən Şirvanın paytaxtı olmuş Şamaxı indi Qasımovun şəxsi imperiyası sayəsində xarabazarlığa çevrilməkdədir. Buna səbəb isə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə icra başçısının müavini Qasım Qasımovun "işbirliyi", nəticədə yerli əhalinin zülm çəkməsidir. Əhalinin ağır iqtisadi durumu fonunda sözügedən məmurlar heç nə olmamış kimi davranaraq özlərini xan və padşahlar kimi aparırlar" deyə müraciət müəllifi yazır.
Qeyd edək yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
338 dəfə oxundu