Deputat Nəriman Əliyev Eldar Mahmudovla fəxr edirmiş...

Deputat Nəriman Əliyev Eldar Mahmudovla fəxr edirmiş...


Keçən günlərdə məlumat verərək bildirmişdik ki, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat Nəriman Əliyevin başı cəncəldədir. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən informasiya daxil olmuşdu. Xəbərdə deyilirdi ki, millət vəkili hazırda istintaq dövrünü keçən məlum qalmaqallı "MTN işi" ilə əlaqədar dindirilib. Mənbənin dia.az-a söylədikləri: "Deputatın adı hələlik şahid kimi keçir. Amma bu şahidlik hər an "ittiham olunan" ünvanı ilə dəyişə bilər".

Mənbənin dediyinə görə, Nəriman Əliyev MTN-dəki kriminal dairələrlə sıx bağlı olub: "İndi də bu bağlılığın hesabı sorulur. Bu əlaqələr hesabına nələr əldə olunub - bu fakt araşdırılır. Əgər zərurət yaranarsa, deputatın mandatının əlindən alınması da gündəmə gələ bilər".

DİA.AZ-a bu barədə yeni informasiya da daxil olub. Deputata yaxın şəxslərdən biri həqiqətən də Nəriman Əliyevin keçmiş MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğunu təsdiqləyib: "Bunu bilməyən varmı? Hətta Nəriman Əliyev parlamentdə də deputat yoldaşları arasında bu əlaqələrindən danışıb və hər zaman fəxr də edirmiş ki, bəs Eldar Mahmudovun kəsdiyi başa sorğu-sual yoxdur. Yəni sabiq nazirin gücü onun gücüdür".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
245 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...