Səlim Müslümovun Kürdəmirdəki adamına qarşı ŞOK İDDİALAR

Səlim Müslümovun Kürdəmirdəki adamına qarşı


Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, bura bir dövlət idarəsidirmi yoxsa bazar???

Özünü Səlim Müslümovun kadrı kimi təqdim edən heç kim və heç nədən qorxmayan Asif Abdullayev və “onun ordusu”


GUNDEMİNFO.AZ Mən bir vətəndaş olaraq Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərəzində gördüklərimi, müşahidə etdiklərimi media və aidiyyatı dövlət oraqanlarına – həmin idarə barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə göndərirəm. Mən müxtəlif müraciətlər və eləcə də ünvanlı sosial yardım almaq üçün dəfələrlə Kürdəmir rayon ƏSMM-də olmuşam. Zahirdən bu idarəyə baxanda hər şeyin normal getdiyini görürsən amma idarəyə daxil olduqda burda hər şeyin tamamən başqa cür cərayan etdiyinin şahidi olursan. Asif Abdullayev bu idarəni öz şəxsi obyekti kimi – bazar qanunarı ilə idarə edir - bu sözləri gundeminfo.az-a müraciət edən Kürdəmir sakini yazıb.

Şikayətçi saytımıza yazdığı müraciətində daha sonra bildirir ki, bBu mərkəzdə Asif Abdullayevin kabinetinə daxil olduqda peşiman olursan. Asif Abdullayev öz otağında qəbul etdiyi vətənadaşlara yuxarıdan aşağı baxır və acı sözlərlə danışır.

Bu şəxs yerli Kürdəmirliləri saymır və yuxardan aşağı baxır. Və burda məndə olan digər məumatları da sizə çatdırıram. Asif Abdullayev necə deyərlər bu idarəni istədiyi kimi idarə edir. Bu idarədə işləyən hər bir kəs necə deyərlər sözün əsl mənasında iş başındadırlar. Harınlaşmış, əxalaqdan mənəviyyatdan uzaq ünvanlı sosial yardıma baxan işçilər – Nemət İsmayılov, Ramin Mürsəlov, Arzum Həmidov, Hamil Hidayətov və həmçinin idarənin sürücüsü işləyən İmaməddin İbrahimov ( bu şəxsin nazirə yaxın şəxs olduğu bildirilir və idarə daxilində necə deyərlər at oynadır) necə deyərlər hərəsi öz işində dırnaqarası qəhrəmandırlar. Sosial yardımın avtomatlaşdırılmasına baxmayaraq yuxarıda adları sadalanan şəxslər yenə də “köhnə üsul” ilə işləməkdədirlər amma bir az fərqli formada. Burada idarəyə sosial yardım üçün müraciət edən “münasib vətəndaşlardan” “işiniz keçəcəyi” təqdirdə şirinlik umurlar. Və həm də bəllki məbləğdə. Həmin şəxslər direktorun vuran əlləri hesab olunur. Ümumiyyətlə, bu idarəni vəzifəli şəxsləri barədə nazir Səlim Müslümova dəfələrlə məlumat verilsə də heç bir tədbir görülməyib. Görünür bu şəxsləri himayədarı Səlim Müslümov özü nazirliyin aparatının yüksək vəzifəli şəxsləridir.

Mərkəzin direktoru Asif Abdullayev başda olmaqla yuxarıda adları sadalanan şəxslər xüsusən Nemət İsmayılov, Ramin Mürsəlov və İmaməddin İbrahimov haqda nazirliyə dəfələrlə müraciət edilməsinə baxmayaraq müraciətlər cavabsız qoyulur. Və belə görünür ki, nazir Səlim Müslümov ölkə başçısı cənab İlham Əliyevin vətəndaşların sosial – iqtisadi rifahı üçün verdiyi fərman və sərəncamlardan ya xəbərsizdi ya qulaq ardına vurur. Elə olmasaydı barələrində ittihamlar səsləndirilən şəxsləri vəzifə başında saxlamazdı. Lazım olan tədbirləri sizdən görülməsini sizdn tələb edirik deyə GUNDEMİNFO.AZ-a yazan kürdəmirli nazir Səlim Müslümova da müraciət edir:

Nazirə Müraciət

- Cənab nazir Kürdəmir rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş verən çirkinliklərlə bağlı sizə bir neçə dəfə müraciət etməyimizə baxmayaraq müraciətimizi cavabsız qoyursuz, nəticə yoxdur. Ünvanlı sosial yardım sahəsində yeni qaydaların tətbiqinə baxmayaraq Kürdəmir rayon əhalinin sosial müdafiəsi mərkəzində sosial yardımın pulla satılması davam etməkdədir. Necə deyərlər həmin mərkəzi bir bazar kimi düşünün. Sanki həmin idarə direktor Asif Abdullayevin şəxsi mülkiyyəti , işçiləri isə onun satıcılarıdır. Asif Abdullayev xidməti kabinentində sosial yardımı pulla alıb satmaqda davam edir. Kimin pulu varsa 1000 manatından keçməlidir. Pulu olmayan isə direktor tərəfindən təhqir lərə və təhdidlərə məruz qalır.

Mərkəzin işçilərindən köhnə dövrün qalıqları olan Arzum Həmidov , Hamil Hidayətov (Bu işçini siz vəzifəyə yeni olunanda işdən çıxarmışdınız, amma sonradan işə götürdünüz. Görünür sizin də burda marağınız var müəyyən qədər), Nemət İsmyılov və digərləri dəllallarla (maklerlə) əlbir olub sosial yardımı maddi vəsait qarşılığında düzəltməkdə davam edirlər. Biz sizdən həmin şəxslər barədə sərt tədbirlərin görülməsini tələb edirik.

Onu da əlavə edək ki, bu iddia dolu məktubda bir sıra şəxsi və etikadan kənar ağır ittihamlar var idi ki, şikayətçi lazım olsa (?) onları da yayımlayacağını yazır. Lakin biz həmin məqamların etikadan kənar olduğunu nəzərə alaraq yayımlamırıq. Yəqin ki, nazirə müraciət edən kürdəmirli şikayətçi özü şəxsən bunları təqdim edər...

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...