Aşıqlar Birliyi üzvlərinin üzvlərinin vəsiqələri niyə əcnəbi dildədir? - FOTO
GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, Azərbaycan Aşıqlar Birliyinin üzvlərinə verilən yeni üzvülyk vəsiqələrində məlumatlar gürcü dilində yazılır. Məlumatda deyilir ki, Aşıqlar Birliyinin üzvləri üçün birliyin sədri Məhərrəm Qasımlının imzası ilə verilən vəsiqələr gürcü dilində hazırlanır. Elə tanınmış aşıq Ramin Qarayev mayın 13-də sosial şəbəkədə paylaşdığı vəsiqəsinin fotosundan da bu görünür.
RAMİN QARAYEVİN FACEBOOK SƏHİFƏSİ
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən, Ədliyyə Nazirliyindən rəsmən dövlət qeydiyyatına alınmış bir qurumun hansısa xarici dövlətin dilində tərtib edilmiş üzvülük vəsiqəsi verməsinin səbəbi isə bəlli deyil.
Hər halda bu tendensiya Gürcüstanda və ya başqa ölkədə rast gəlinən hal deyil. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bu gün GUNDEMİNFO.AZ a birliyin mətbuat xidmətindən daxil olan arayışda isə bildirilir ki, vəsiqələr təyinatları üzrə verilir. Bizə göndərilən cavabı təqdim edirik:
- Hörmətli sayt rəhbərliyi! 2016-cı il may ayının 17-də saytınızda yayımlanmış “Aşıqlar Birliyi üzvlərinin vəsiqələri niyə əcnəbi dildədir?” sərlövhəli informasiya ilə bağlı nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Aşıqlar Birliyinin üzvlərinə vəsiqələr, xəbərdə iddia olunduğu kimi, əcnəbi dildƏ verilmir. Paylaşılan şəkildən də aydın görünür ki, həmin vəsiqə aşıqların üzvlük vəsiqəsi deyil, Azərbaycan Aşıqlar Birliyinin Gürcüstan üzrə əlaqələndiricisinə - koordinatora verilən vəsiqədir. Həmin koordinatorUN – aşıq Ramin Qarayevin fəaliyyəti əsasən Gürcüstandakı aşıqlarla bağlı olacağından vəsiqədə onun adı, soyadı və vəzifəsi Azərbaycan dili ilə yanaşı, həm də gürcücə yazılıb ki, qonşu ölkədə başadüşülən olsun.
Birliyin digər üzvlərinin vəsiqələri isə Azərbaycan Respublikasının dövlət dilində yazılır.
4453 dəfə oxundu