Vilyam Hacıyev sahibkarları niyə əzir? - bu rayondan şikayətlər kəsilmir

İmişli rayonundan yenə də sahibkarların fəryadı yüksəlməkdədir. Bu gün daha bir sahibkar «Gül.Gün» şirkətinin sahibi Niyaz Novruzov media vasitəsilə icra başçısı Vilyam Hacıyevin təzyiqləri ilə üzləşdiyindən şikayət edib. İcra başçısının onu müflis etdiyini bildirib. GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları media monitorinqələri də sübut edir ki, V.Hacıyev əslində sahibkarlara dəstək vermək əvəzinə onlara qarşı təzyiqlər edir. Məsələn bu rayondan kifayət qədər şikayətlər var.
İddialara görə, Vilyam Hacıyevin İştisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində işləyən kiçik qardaşı Eldar Hacıyevin vasitəsilə bir sıra məsələləri də «həll» edir. Məlumatlara görə, Vilyam Hacıyev məhz qardaşının vasitəsilə dövlət xətti ilə ayrılan sahibkarlar üçün kreditlərin idarəedilməsini də məhz qardaşı vasitəsilə həll edir.
Məlumatlara əsasən V.Hacıyevin qardaşının da məhz bu məsələ ilə bağlı bəzi mübahisələrinin düşdüyü ortaya çıxıb. İnformasiyalarda həmçinin uzun illərdir ki, V.Hacıyevin İmişli rayonunda xeyli sayda sahibkarla münasibətlərinin korlandığı söylənilir. Mövzu ilə bağlı olaraq araşdırmalarımız davam edəcək. İmişlidəki sahibkarların illərlə yığılan problemləri ilə bağlı geniş reportajlarımızı da təqdim edəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.
521 dəfə oxundu