Akif Çovdarovun “PARABANK” əməliyyatı - SENSASİON İDDİA

"PARABANK”-ın idarə heyətinin sədri Vəli Quliyevlə bağlı ilginc Qlobal.az-a ilginc informasiya daxil olub. Məlumata görə, ötən ilin may ayının əvvəlində bankın idarə heyətinin sədri Vəli Quliyev qəfildən yoxa çıxıb. Sədrin birdən-birə işə gəlməməsi bank işçilərinin o cümlədən bankla ciddi işbirliyində olan müştərilərin də diqqətini çəkib.
Qeyd edək ki, o zaman Vəli Quliyevin sirrli formada yoxa çıxmağı xəbəri daha böyüyərək ölkə mediasında tirajlandı. Qlobal.az-a daxil olan məlumat isə Vəli Quliyevin ötən il qəfil yoxa çıxmağının üzərindəki sirr pərdəsini qaldırır.
Məlumatda iddia olunur ki, Vəli Quliyev keçmiş MTN-nin idarə rəisi Akif Çovdarov tərəfindən oğurlanıbmış. Aralarında baş tutan sövdələşmədən sonra isə bank rəhbəri yenidən öz işinə dönüb. Amma bu məlumat mediaya sızdırılmayıb. Bu barədə şəxsən Eldar Mahmudovun da göstəriş verdiyi iddia olunur. Məlumatda Vəli Quliyevin Akif Çovdarovun necə diqqətini "cəlb” etməsinə də aydınlıq gətirilir. Belə ki, Vəli Quliyev 2013- cü ildə "İlin Bankiri – 2012” nominasiyasının qalibi olub. Bundan sonra gənc bank şefi ilə MTN generalı maraqlanmağa başlayıb. Daha sonra isə ona "torba tikmə" əməliyyatına qərar verilib.
Mənbə deyir ki, o zaman keçmiş MTN-nin şəbəkəsinin basqıları nəticəsində banka ciddi zərər dəyib. Xatırladaq ki, Vəli Quliyev 2007-ci ildən "PARABANK”-ın idarə heyətinin sədridir. Məsələylə bağlı "PARABANK”la əlaqə saxlasaq da, münasibət bildirmək istəmədilər. Hətta göndərdiyimiz sorğuya da heç bir cavab verilmədi.
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
303 dəfə oxundu