Məmur özbaşnalıqlarının məkanı - İSMAYILLI

Məmur özbaşnalıqlarının məkanı -


Azərbaycanda məmur özbaşınalıqlarından ən çox əziyyət çəkən rayonlardan biri də İsmayıllıdır desək, yanılmarıq. Məlum İsmayıllı hadisələrindən sonra rayonun sosial-istiqsadi vəziyyətinin yaxşılaşacağına bəslənən ümidlər özünü doğrultmadı. Çünki həmin hadisələrdən sonra İsmayıllı rayon icra hakimiyyətinin başçısı təyin olunan Mirdaməd Sadıqovun merkantil maraqları buna mane olur.

Ölkə mediası vaxtaşırı bu rayonda sosial-istisadi vəziyyətin ağır olmasından tənqidlər səsləndirsə də, Mirdamət Sadıqov vəzifəsindən irəli gələn məsələləri həll etmir. Bu vəziyyət isə rayon sakinlərinin sosial problemlər məngənəsində boğulmasına, işsizlikdən əziyyət çəkməsinə, yerli məmurların kobud rəftarına və qanundankənar hərəkətləri ilə üz-üzə saxlayır.

AzToday.az xəbər verir ki, İsmayıllının icra başçısı rayonda gedən bütün tikinti-abadlıq işlərini nəzarətində olan şirkətlərə verir. İcra Hakimiyyətinin elan etdiyi tenderlərin bir çoxunu məhz Mirdaməd Sadıqova yaxınlığı ilə seçilən «İsmayıllı Tikinti-27» ASC udur. Mediada çıxan təkzib olunmayan xəbərlərə görə, şirkətin tenderlərin qalibi elan olunması təbii ki, icra başçısı ilə ASC-nin rəhbərliyi arasında öncədən baş tutan razılaşmanın nəticəsisidir. “İsmayıllı Tikinti-27” ASC bir çox dövlət layihəsinin icraçısı olub və bu zaman külli miqdarda vəsaitin «xərclənməsində» yaxından iştirak edib. Həmçinin rayonda yeni yolların salınması və təmirində də oxşar texnologiyadan, yəni yaxın şirkətləri tenderlərdə qalib etmək variantı işə salınır.

Qeyd edək ki, «Azərbaycan» Nəşriyyatının direktor müavini Allahverdi Məmmədovla icra başçısı arasında olduqca ciddi əlaqələr var. Və bu əlaqələr əsasən yol biznesinin üzərində qurulub. Məlumata görə, rayondakı bütün yol çəkilişləri ilə bağlı keçirilmiş tenderlərin qalibi Məmmədovun şirkətləri olub. Bu şirkətlərin fəaliyyəti əsasən asfaltın “yeyilməsi”ndən ibarət imiş ki, bunun da səsi bir neçə kəndə çəkilən yolların durumu zamanı ortaya çıxıb.

Belə ki, rayonda yolların çəkilişinə ayrılmış pulların 70 faizinin yeyildiyi iddia edilir. Allahverdi Məmmədov isə hətta özünün doğulduğu kəndə belə rəhmi gəlməyib. Çünki həmin kəndə çəkilən yolun da asfaltı cəmi bir yağışdan sonra «ağ günə» çıxıb. Məlum olub ki, aşağı keyfiyyətli asfalt örtük yağışa dözməyərək, dağılıb.
Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Mirdaməd Sadıqov 2013-cü ildən İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyir. Bu müddətdə kifayət qədər imkanlar əldə Mirdamət Sadıqovla bağlı AzToday.az-a daxil olan məlumatda iddia edilir ki, İsmayıllını “ağ gün”ə çıxardan icra başçısı yaxın vaxtlarda başqa bir rayona rəhbər getməyə hazırlaşır. Rayondan artan şikayətlər Mirdamət Sadıqovu buna məcbur. Belə ki, İsmayıllı rayonun mərkəzində yeni ticarət mərkəzi açan iş adamı ilə Mirdamət sadıqov arasında gərginlik yaşandığı bizə çatan məlumatlar sırasındadır. İş adamı icra başçısının istəyi ilə milyonlarla pul xərcləyib istifadəyə verdirtdiyi ticarət mərkəzini ziyanla işlətdiyindən yuxarılara şikayət edəcəyini təxmin edən Mirdamət Sadıqov tez bir zamanda İsmayıllını tərk etmək istıyir. Bu məqsədlə icra başçısı Bakıda müəyyən adamlarla görüşüb razılaşdığı deyilir.

İsmayıllının heç bir sosial-iqtisadi problemlərini həll etməyən, əvəzində rayonda əlavə problemlər yaradan Mirdamət Sadıqova yenidən hansı yüksək vəzifə sahibinin etimad göstərəcəyi maraq doğurmaya bilməz…

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...