"Mübariz Ağayev məsuliyyətdən yayınmaq üçün özünü xəstəliyə vurub"

"Mübariz Ağayev məsuliyyətdən yayınmaq üçün özünü xəstəliyə vurub"


GUNDEMINFO.AZ-a Göyçay rayonu H.Əliyev prospekti ev 81 sakini Mehdiyev Əlibaba Elman oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi Göyçayın sabiq icra başçısından şikayətçidir.
- Göyçay rayon sabiq icra başçısı Mübariz Ağayevin qanunsuz əməllərindən bizim ailəmiz özünü öldürmə həddindədir. Fəaliyyəti boyu saxtakarlıqla məşğul olmuş Mübariz Ağayev bizə olan 10.000 manat borcunu verməyərək bizi aldatdı. Belə ki, 2015-ci il tarixində abadlıq işləri aparılarkən H.Əliyev mərkəzinin qarşısında Gənclər mərkəzi tikilən və park salınan zaman ərazidəki evləri kompensasiya ilə sökdülər. Həmin vaxt Elşad Məmmədova məxsus maqazində plana düşdü deyə ona kompensasiya əvəzi müəyyən məbləğdə pul verildi və qalan pulun əvəzində isə mənim satdığım həyətyanı torpaq sahəmi Mübariz Ağayev alıb həmin şəxsə verdi.Banka kredit borcumuz vardı deyə həyətyanı torpaq sahəmizi satmaq məcburiyyətində qaldıq.

Ancaq icra başçısı Mübariz Ağayev bizə söz verib pulumuzun müəyyən hissəsini versədə 10.000 manat borclu qaldı. Həmin vaxt Mübariz Ağayev bizə and içib söz verdi ki, 10.000 manatımızı tezliklə verəcəm. Bu gün -sabah deyə-deyə məni get-gələ salan saxtakar icra başçısı Mübariz Ağayev axırda da mənə dedi ki, söz vermişəm qələt etmişəm, pul yoxdur prezident sərəncam imzalasa da Göyçay rayonuna ayrılan 3.000 000 manat pul təyinatı üzrə verilmədi ona görə də sənin pulunu verə bilməyəcəyəm.

Bütün bu saxtakarlıqları Mübariz Ağayevlə onun ikinci müavini Ədalət Dövlətov edib bizim ailəni aldatdılar.Hazırda da buna görə banka olan kredit borcumuzu verə bilməmişik,özümüzü öldürmək həddindəyik.Mübariz Ağayev torpağın pulunun bir hissəsini verən zaman öz diqtəsi ilə göyçaylıların adından prezident İlham Əliyevə yazdırdığı zəhmətkeşlərin təşəkkür məktubuna mənədə imza etdirdi. Guya biz göyçaylılar Mübariz Ağayevin apardığı abadlıq-quruculuq işlərindən çox-çox razıyıq buna görə ona minnətdarıq. Əslində isə həmin saxta təşəkkür məktubuna imza edən 400 nəfərin hamısı mənim kimi aldadılmış insanlardı.

Mübariz Ağayev bizi aldadıb pulumuzu mənimsəmişdir. O, az bir müddətdə Göyçay rayonunda çox-çox talançılıq əmələri törətdi ki, bütün bunların araşdırılıb ciddi tədbir görülməsinə zərurət var. İndi isə cinayət məsuliyyətindən yayınmaq üçün özünü xəstəliyə vurub. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm sabiq icra başçısı talançı Mübariz Ağayevin barəsində ciddi tədbir görəsiniz halal pulumuzun qaytarılması üçün bizə köməklik göstərəsiniz.

"Mübariz Ağayev məsuliyyətdən yayınmaq üçün özünü xəstəliyə vurub"
"Mübariz Ağayev məsuliyyətdən yayınmaq üçün özünü xəstəliyə vurub"
"Mübariz Ağayev məsuliyyətdən yayınmaq üçün özünü xəstəliyə vurub"
"Mübariz Ağayev məsuliyyətdən yayınmaq üçün özünü xəstəliyə vurub"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...