Şəkidə fövqəladə vəziyyət- FOTOLAR

Şəkidə fövqəladə vəziyyət-


Gundeminfo.az Kanal S-ə istinadən bildirir ki, təhlükəli çayın o biri tərəfində sel nəticəsində dağılan istirahət mərkəzlərinin qonaqları qalıb. Hazırda onların evakuasiya edilməsi istiqamətində işlərə başlanılıb. Suyun palçıq və gilli olması FHN əmədakşlarına çətinlik törədir.

Şəki Rayon sakinlərinə istinadən xəbər verir ki, şəhərə yağan güclü yağan yağış nəticəsində Kiş və Şin çaylarında suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb, Kiş körpüsü dağılıb və şəhər üçün də sel təhlükəsi var. Bəzi ərazilərdən, xüsusi ilə istirahət mərkəzlərində olan qonaqlar ərazidən çıxarılaraq başqa otellərdə yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları və FHN-in şəxsi heyəti cəlb olunub.

1Xəbər.com "S Kanal"ına istinadən xəbər verir ki, təhlükəli ərazidə qalan 30 sakin evakuasiya olunub. İstirahət mərkəzlərinin ciddi şəkidlə dağılmasına baxmayaraq, vətəndaşlar və şəhərin qonaqları xilas ediliblər. Bu barədə kanala musahibə verən Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov söyləyib. O bildirib ki, FHN naziri Kəmaləddin Heydərov hadisədən məlumatlıdır və müntəzəm olaraq onunla əlaqə qurur. Hadisə yerində operativ qərargah yaradılıb.

İcra başçısı bildirib ki, hazırda sakinlərin həyatları üçün heç bir qorxu yoxdur. Yalnız sabah Şəki şəhəri su təchizatı problemi ilə üzləşə bilər. Amma icra başısı şəhəri su ilə təmin edəcəyini bildirdi və sakinləri suyu israf etməməyə çağırdı. Dağıntı olan rayonlarda qaz xəttləri müvəqqəti kəsilib. Onun sözlərinə görə, fəsadlar tam aradan qaldırılandan sonra hər şey yoluna düşəcək.

Xatırladaq ki, təqribən gecə saat 00:15 radələrində lil qatı suya çevrilib və Kiş çayında suyun səviyyəsi 4-5 metrə enib. Hazırda selin daha hansı ərazilərdə fəsadlar yaratdığı araşdırılır. Axşam saatlarında Kiş çayına sel ilə gələn 6-7 metr hündürlüyündə lil qatı eyniadlı kənd ilə Şəki şəhərini birləşdirən körpünü yararsız hala salıb, kəndlə şəhər arasında əlaqə kəsilib. Hazırda yağıntı kəsilib, amma gur selin olduğu bildirilir.


Şəkidə fövqəladə vəziyyət-
Şəkidə fövqəladə vəziyyət-
Şəkidə fövqəladə vəziyyət-
Şəkidə fövqəladə vəziyyət-
Şəkidə fövqəladə vəziyyət-
Şəkidə fövqəladə vəziyyət-
Şəkidə fövqəladə vəziyyət-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...