Dörd icra başçısı səksəkədə - "Fazilin kadrları"

Dörd icra başçısı səksəkədə -

Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən çıxarılması onun kurasiyasında olan rayonların icra başçılarının yuxusuna haram qatıb.

İlk növbədə F.Məmməd
ovun bacısının həyat yoldaşı olan Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov çıxılmaz duruma düşüb. 2015-ci ildə Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanmasından sonra bilinmişdi ki, binaya tezalışan üzlük onun icazəsi və tələbi ilə vurulub. Lakin həmin dövrdə X.İsgəndərov yanğın olayında yaxasını kənar saxlaya bilmişdi. Halbuki ilk sorğu-suala tutulmalı olan şəxs məhz Xaləddin İsgəndərov idi. Məlum idi ki, Xaləddin İsgəndərovun istintaqdan kənar qalması böyük və əsas nazirliklərdən birinə başçılıq edən qohumunun xahişlərinə söykənir. Həmin vaxt binadakı yanğının külünə binanın üzlənməsi işini həyata keçirmiş "Global Stone” şirkətinin təsisçisi Miryusif Mahmudovu "bulaşdırdılar”. M.Mahmudov məhkəmədə bildirmişdi ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib, ortaya icra başçısının imzası ilə sənəd də çıxarıldı.

Həbsə göndərilənlərdən biri də X.İsgəndərovun 1-ci müavini işləmiş Qəzənfər Novruzov oldu. Onun həbsinin X.İsgədərovun ikinci plana keçirilməsi üçün atılan addım olduğu da bilinirdi. Həmin dövrdə F.Məmmədovun qohumu X.İsgəndərov yanğın olayından başqalarını qurban verməklə çıxarıldı. İndi isə Fazil Məmmədov vəzifəsini itirib, onun özü ilə bağlı qeyri-müəyyənlik hökm sürür.

Dörd icra başçısı səksəkədə -
Dörd icra başçısı səksəkədə -

Dörd icra başçısı səksəkədə -

Uzun illər F.Məmmədov onun "qubernatorluğuna” daxil olan rayonların icra başçılarını qohumu Xaləddin İsgəndərovun üzərindən idarə edirdi. Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Yardımlının icra başçısı Rəcəb Babaşov vaxtilə vergilər sistemində yüksək postlar tutmuşdular. Hazırda gecəsi-gündüzünə qarışan başçılardan biri də Gədəbəyin icra başçısı, sahibkarların qəniminə çevrilən Ramiz Yediyarovdur.

Dörd icra başçısı səksəkədə -


Sabiq vergi nazirinin daha bir kadrı Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdur. Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış A.Məmmədov 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və F.Məmmədovun "vuran əli” sayılıb. Hələ 2014-cü ildə musavat.com yazmışdı ki, Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Hazırda Fazil Məmmədovun kadrları olan icra başçıları təşviş içindədirlər. Yaxın günlərdə F.Məmmədovun taleyinin necə olunacağı bilinəcək və icra başçılarının da fərmanı verilmiş olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
679 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...