Lənkəranda rəsmi dayağı olan torpaq mafiyası var İlginc iddia

Lənkəranda rəsmi dayağı olan torpaq mafiyası var


Azərbaycanın cənub bölgəsinin ən iri şəhəri olan Lənkərandan redaksiyamıza şikayət məktubu daxil olub. Şikayət məktubunun mətninə görə, rayon mərkəzindəki torpaqlar zəbt edilir. Bir müddət əvvəl mətbuat vasitəsilə dövlət başçısına şikayət edən rayonun Bürcəli kənd sakini bələdiyyə sədri Kazım Məmmədovun torpaqları satması barədə narazılığını bildirmişdi. Şikayətçi vətəndaş ona məxsus olan 15 hektar torpaq sahəsinin qanunsuz yolla bələdiyyə sədri tərəfindən alındığını iddia edirdi. Bu şikayətlə bağlı rayonun müvafiq qurumlarına şikayət etməsinə baxmayaraq Əliyev Dövlət Əhməd oğluna məxsus torpaq hələ də geri qaytarılmayıb.

Mövzu ilə bağlı GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, nəinki Bürcəli kəndində Lənkəran rayonu ərazisində torpaq alveri ilə məşğul olan bir qruplaşma var. Və bu qruplaşmanın fəaliyyəti ilə bağlı olaraq heç kim müvafiq tədbirlər görə bilmir. Məlumat verən mənbə iddia edir ki, həmin fırıldaqçı qrup rayonun mərkəzində, kəndlərində olan torpaq sahələrini ələ keçirməklə məşğul olurlar. Rayonun ən iri çinli məmurları ilə əlbir olan həmin «makler»lər vətəndaşların torpaqlarına qarşı mükliyyət davası açırlar. Bundan sonra isə bir sıra əsası və kökü olayan sənədlər çıxararaq iddialarını yerli məhkəmədə qaldırırlar. Nəticə etibarilə də vətəndaşların torpaqlarını ələ keçirmiş olurlar.

Nədənsə yuxarıda qeyd edilən faktla və digərn sadalanan faktlarla bağlı olaraq hələ ki, Ləknəran Şəhər İcra Hakimiyyəti heç bir rəsmi açıqlama verməyib. Mövzu ilə bağlı digər şikayətləri də ətraflı olaraq araşdırdaqdan sonra təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
363 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...